Xəbər lenti 
					
 
		Bu fənlərdən imtahan verəcək abituriyentlərin diqqətinə

Dövlət İmtahan Mərkəzi “2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri”nə aid yenilənmiş məqaləni təqdim edib.
Manevr.az-ın məlumatına görə, DİM-dən bildirilib ki, Qarabağda antiterror tədbirlərinə dair 2024-cü il “Abituriyent” jurnalının 2-ci sayında dərc edilmiş, həmçinin ötən ilin noyabr ayından mərkəzin saytına yerləşdirilmiş məqalənin yeni redaktəsi ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:
2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri;
Антитеррористические мероприятия локального характера Азербайджанской армии в Карабахском регионе 19-20 сентября 2023 года.
Mövzunun vacibliyi nəzərə alınaraq, 2024-cü ildə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən “2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri” mövzusuna aid tapşırıqlar da istifadə ediləcək.
2024-cü il “Abituriyent” jurnalının 2-ci sayında rus bölməsi üçün Ədəbiyyat (Литература) fənnindən dərc edilmiş “Методические рекомендации по произведениям С. Рустамханлы и Б. Вагабзаде” məqaləsi ilə isə bu keçid vasitəsilə tanış olmaq mümkündür.
Методические рекомендации по произведениям С. Рустамханлы и Б. Вагабзаде.
Məlumat üçün bir daha bildiririk ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar qeyd edilən mövzular haqqında istifadədə olan dərsliklərdən bilgi almayıblar.
Materiallar ödənişsizdir və hər kəs öz kompüterinə yükləyə bilər.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Təqvim 
				 | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















