Xəbər lenti 
					
 
		Bu məktəbin direktoru işdən QOVULDU - SƏBƏB
 Kürdəmir rayonu Yenikənd kənd Q.Əhmədov adına tam orta məktəbin direktoru Elza Abdullayeva tutduğu vəzifədən azad edilib.
Kürdəmir rayonu Yenikənd kənd Q.Əhmədov adına tam orta məktəbin direktoru Elza Abdullayeva tutduğu vəzifədən azad edilib.Bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.
Məlumatda deyilir:
“Fevralın 29-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Kürdəmir rayonu Yenikənd kənd Q.Əhmədov adına tam orta məktəbində bir neçə istiqamət üzrə yoxlama aparılmış və yoxlama zamanı məktəbin idarəolunması, şagirdlərin X sinfə qəbulu, dərslərin əvəzolunması, dərs bölgüsü, dərnəklərin təşkili və keçirilməsi, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsilin təşkili ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub.
Yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru Elza Abdullayeva 7 mart 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən, tutduğu vəzifədən azad edilib.
Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində hüquqpozmaların və buna şərait yaradan halların baş verməsini pisləyir, bunun qarşısının alınması, aradan qaldırılması və gələcəkdə bu kimi halların baş verməməsi ilə bağlı idarə tərəfindən təhsil müəssisələrində monitorinq və yoxlamalar davam etdirilir”.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Təqvim 
				 | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















