Xəbər lenti
Xaricdə təhsil almış 21 nəfərin diplomu tanınmadı

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 15, dövlət nümunəli olmayan diplom üzrə 3, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 2, təhsil forması üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 77, Rusiyadan 69, Türkiyədən 68, Gürcüstandan 13, Macarıstandan 9, İtaliyadan 7, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı 6, Amerika Birləşmiş Ştatlarından 4, Belçikadan 2, Çindən 2, Belarusdan 1, Fransadan 1, Hindistandan 1, İsveçdən 1, Kiprdən 1, Litvadan 1, Polşadan 1, Slovakiyadan 1 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 41, maliyyə üzrə 23, beynəlxalq münasibətlər üzrə 18, menecment üzrə 18, hüquqşünaslıq üzrə 15 müraciətçi qeydə alınıb. Sənədlərə ortalama baxılma müddəti 13 iş günü təşkil edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar