Sizin Reklam Burada
Xəbər lenti
19-09-2026
18-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu məktəblər ləğv ediləcək - RƏSMİ

Tarix: 07-03-2024 09:20     Baxış: 3328 A- / A+
Gələn tədris ilində bəzi məktəblər birləşdiriləcək, bəziləri isə ləğv ediləcək.

Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov bildirib ki, bu ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub.

Eşqi Bağırov əlavə edib ki, təhsilanların sayı az olan məktəblərin şagirdləri yaxın ərazidə yerləşən digər təhsil müəssisələrinə daşınacaq. Bunun üçün avtobusların ayrılması da nəzərdə tutulub.

Eşqi Bağırov məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimlərinin fəaliyyətinə də toxunub. Agentlik sədri bildirib ki, tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Dövlət Agentliyinin rəhbəri 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı valideynlərə çağırış da edib. Bildirib ki, müəllimlər üçün əsas dəyər şagirdlərin nəticələridir. Əgər hər hansi neqativ hal müsahidə edilsə, qabaqlayıcı tədbirlər görüləcək. Bununla bağlı aidiyyəti şəxslərə təlimatlar da verilib. Eşqi Bağırov həmçinin bildirib ki, son iki həftə ərzində 50-yə yaxın məktəbdə monitorinq aparılıb və nöqsanlar aşkarlanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar