Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dövlət imtahanından azad olunan tələbələrin diplom alma qaydası açıqlanıb

Tarix: 21-02-2024 18:17     Baxış: 3144 A- / A+
Yekun dövlət attestasiyasından (dövlət imtahanı) azad olunan tələbələrin təhsil proqramları sonuncu semestrdə təcrübə ilə yekunlaşacaq.
Manevr.az-ın məlumatına görə, bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ali təhsilin bakalavriat səviyyəsində müvafiq ixtisas üzrə yekun dövlət attestasiyasının keçirilib-keçirilməməsi həmin ixtisasın təhsil proqramı ilə müəyyən olunur.
“2020-ci ildə bakalavriat səviyyəsi üçün qəbul edilən yeni məzmunlu təhsil proqramlarının bir qismi (təxminən yarısı) təcrübə ilə başa çatır. 2023/2024-ci tədris ilində məzun olacaq bakalavrların təxminən 60-70 faizi yekun dövlət attestasiyasından azaddır. Həmin tələbələrin təhsil proqramları sonuncu semestrdə təcrübə ilə yekunlaşacaq”, - nazirlikdən bildirilib.
Qurumdan həmçinin qeyd olunub ki, hər bir ixtisas üzrə daha dəqiq məlumat əldə etmək üçün tələbələr müvafiq ali təhsil müəssisəsinə müraciət edə bilərlər.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar