"İnsanın ilk və müqəddəs peşəsi yaşamaq olub. Yaşamağın ilk öhdəliyi başqalarını yaşatmaqdır. Yaşamaq başqaları ilə eyni nəfəsi almaq, başqaları üçün nəfəs verməkdir. Ailələrdə uşaqlara başqaları ilə yaşamaq nümunə kimi göstərilməlidir. Valideynlər öz nifrətlərini övladlarına öyrətməməlidirlər. Məktəbdə bullinqin olması hər kəsi narahat etməlidir. Baş verən hadisələrdə cəmiyyətin bütün üzvlərinin günahı var".
Manevr.az xəbər verir ki, bu fikirləri Musavat.com-a klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib.
O deyib ki, narahatlıq olmadığı və biganə qalındığı üçün bullinq sağlam düşüncəni yox edir:
"Uşaqları dinləmək lazımdır. Bullinqin qarşısını almaq üçün onları heç bir halda günahlandırmaq olmaz. Ən xırda səhvlərində cəza tətbiq olunursa, uşaqlar heç vaxt valideynləri ilə səmimi olmayacaqlar.
Məktəblərdə psixoloji və hüquqi maarifləndirmə geniş fəaliyyət formasında aparılmalıdır. Psixologiya və hüquq sahəsi hansısa formada şagirdlər üçün aşağı siniflərdən tədris olunmalıdır. Maarifləndirici prosesə valideynlər də cəlb edilməlidirlər. Uşaqlar bullinq və mobbinqin nə olduğunu bilməlidirlər. Məktəb alim yox, insan yetişdirməlidir. Məktəb psixoloqlarının fəaliyyəti genişləndirilməlidir. Fərdi və qrup terapiyaların aparılması üçün şərait yaradılmalıdır".
Psixoloq əlavə edib ki, məktəbdə rüblük və illik psixoloji mühitin psixodiaqnostikası aparılmalıdır:
"Məktəbdə psixoloji seminarlar və maarifləndirici fəaliyyətlər daimi fəaliyyət planına daxil edilməlidir. Məktəbdə baş verən hansısa bullinq və mobbinq hadisəsi ətraflı araşdırılmalıdır. Psixoloji aspektdən baxış formalaşdırmaq vacibdir. Hadisəni tətikləyən hər şey və hər kəs müşahidə olunmalıdır. Psixoloji rəsm o zaman aydın olacaq.
Bullinqi edən şəxsin psixoloji problemi var. İstənilən mənfi hadisədə psixoloji halın nizamsızlığı var. Təkcə bullinqə məruz qalan şəxs yox, hal şahidi olan şəxslər də bullinqə məruz qalmış olurlar. Bu halların baş verməməsi üçün hər kəs əlini yox, düşüncəsini daşın altına qoymalıdır. Əl heç nəyi həll etmir. İnsanlar əl məsəlini hərfi mənada başa düşüblər. Həqiqəti olduğu kimi ifadə etmək lazımdır. O zaman həqiqətin nə olduğu hər kəsə aydın olacaq. Valideynlər övladlarının səhvlərinə səbəb axtarmasınlar və başqalarını günahkar görməsinlər. Müəllimlər şagirdlərinə ayrı-seçkilik etməsinlər. Peşə yaxşını daha yaxşı etmək üçün yox, pisi yaxşıya dəyişmək üçündür. Peşənin müqəddəsliyi də budur. Heç kəs bir-birini günahlandırmasın. Hadisənin iştirakçısı olmadığı halda belə, hər kəs hadisənin içindədir. Hər kəs baş verən hadisələrdən dərs çıxarmalıdır".
Qeyd edək ki, 156 nömrəli orta məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 2023-cü il yanvarın 17-si məktəbdən kənarda IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib. Yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub. Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar