Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Xaricdə təhsil almış 95 nəfərin diplomu tanınmayıb

Tarix: 08-02-2024 13:39     Baxış: 4314 A- / A+

Yanvar ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumata görə, ötən ay 626 müraciətçinin 531-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 95 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bildirilib ki. tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 76, dövlət nümunəli olmayan diplom üzrə 8, təhsil forması üzrə 4, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 5, bakalavr diplomu üzrə imtina verilməsi səbəbilə 1, tədris yükü üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukrayna 186, Rusiya 171, Türkiyə 149, Gürcüstan 41, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı 17, İtaliya 13, Macaristan 7, Polşa 7, Amerika Birləşmiş Ştatları 4, İsveç 4, Qırğızıstan 4, Çin 3, Fransadan 3, Qazaxıstan 3, Belarus 2, Əlcəzair 2, Almaniya1, Belçika 1, Birləşmiş Ərəb Əmirliklərindən 1, Əfqanistan 1, Estoniyadan 1, İspaniya 1, Kipr 1, Litva 1, Malavi 1, Pakistandan 1 müraciət olub.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 63, menecment üzrə 52, iqtisadiyyat üzrə 47, biznesin idarə edilməsi üzrə 37, dövlət və bələdiyyə idarəetməsi üzrə 19 müraciətçi qeydə alınıb.
Bildirilib ki, sənədlərə ortalama baxılma müddəti 12 iş günü təşkil edib.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar