ADA Məktəbinin şagirdi Həbib Əmiraslanov Vyetnamda keçirilən 2023-2024-cü il Fermat Riyaziyyat Olimpiadasının qalibi olub.
Manevr.az xəbər verir ki, 10 və 11-ci sinif şagirdləri arasında keçirilən beynəlxalq olimpiada iki turdan ibarət olub.
Birinci ölkə turunda 88 bal toplayan və qızıl medala layiq görülən Həbib Vyetnamda keçirilən final mərhələsində birinci olmaqla daha bir qızıl medal qazanıb. Əsasən Mərkəzi Asiya ölkələri olmaqla 11 ölkədən 100-dən çox şagirdin iştirak etdiyi müsabiqədə iştirakçılara riyazi bacarıqlarını yoxlamaq üçün 20 yazılı sual təqdim olunub.
Ölkəmizə qızıl medal gətirən Həbib bildirib:
“Qazandığım bu uğura görə ADA Məktəbinin riyaziyyat müəllimlərinə minnətdaram. Onların mənə göstərdiyi dəstək və verdikləri təhsil mənim yalnız riyazi bacarıqlarımı artırmayıb, həm də daim yeni biliklər öyrənməyə həvəsləndirib”.
Bakalavr təhsili üçün xarici universitetlərlə yanaşı, ADA Universitetinə də müraciət edəcəyini ifadə edən Həbib əlavə edib ki, ADA Məktəbi şagirdlərin öz bilik və bacarıqlarını sınaması və daha da möhkəmləndirməsi üçün onları daim həvəsləndirir, beynəlxalq müsabiqələrdə və yarışlarda iştirak etməyə təşviq edir.
Qeyd edək ki, Həbib həm də Məktəbdə fəaliyyət göstərən ADAMUN Klubunun və İntellektual Oyunlar Klubunun üzvü kimi fəallığı ilə seçilib.(Report)
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar