Xəbər lenti
Buraxılış imtahanlarının keçiriləcəyi tarix AÇIQLANDI

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumatda bildirilib.
Qeyd edilib ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 3 və 10 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə 17 mart, 7 və 21 aprel 2024-cü ildə keçiriləcək.
Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki ilə aşağıdakı cədvəldə tanış olmaq mümkündür:

Qeyd edilib ki, məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
Gəncə şəhərində yerləşən məktəblərin 11-ci və 9-cu sinif, Xəzər, Sumqayıt, Abşeron, Şəmkir, Lənkəran, Cəlilabad, Masallı, Xaçmaz və Quba rayonlarında yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, 1-ci və 2-ci hissə kimi adlandırılıb. Yaxın günlərdə hissələr üzrə məktəblərin siyahısı cədvələ əlavə olunacaq.
İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar