Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Dərsliklərin tərbiyəvi aspektləri gücləndirilməlidir” - AÇIQLAMA

Tarix: 15-01-2024 14:55     Baxış: 3250 A- / A+


“Dərsliklərin tərbiyəvi aspektləri gücləndirilməlidir” - AÇIQLAMA
Müasir dövlətlərdə bütün sahələri əhatə edən inkişaf proqramları daim diqqət mərkəzindədir. Lakin ölkənin inkişafının ilk növbədə onun təhsili və elminin inkişafı ilə bilavasitə bağlı olduğu nəzərə alınmalıdır. Doğrudur, Azərbaycanda bu istiqamətdə, yəni təhsilin və elmin inkişafı ilə bağlı işlər görülür, amma bu işlər yenə də davam etdirilməlidir ki, geriləmə olmasın. Qeyd edək ki, Zəfərlə başa çatan 2020-ci ilin 44 günlük Vətən müharibəsi, 2023-cü ilin antiterror əməliyyatı da təhsilin vacibliyini bir daha vurğuladı. 
 
Bəs 44 günlük Vətən müharibəsi ilə bağlı aparılan maarifləndirmə işləri və təhsil proqramları qənaətbəxşdirmi? Xüsusilə, təhsil sahəsində hansı işlər görülməlidir?
Bu baxımdan mütəxəssislər hesab edir ki, yeni elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına ciddi ehtiyac var.

Manevr.az bildirir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilov bildirib ki, şanlı Zəfərimizlə ilə bağlı maarifləndirmə sahəsində müəyyən işlər görülüb, görüləsi işlər isə daha çoxdur:
“Əzəli torpaqlarımızın qeydsiz-şərtsiz düşmən işğalından azad olunması müstəqillik, yeni dövlətçilik ənənələrinin yaranmasına, bütün sahələrdə uzun illər boyu kök salmış stereotiplərə və fəaliyyət standartlarına, işin forma, məzmun və mahiyyətinə müasir mövqedən yanaşmağa, mövcud olanların yeni ideyalar əsasında təkmilləşdirilməsi və dəyişdirilməsinə geniş imkanlar açdı. Azərbaycan həm siyasət, həm də savaş meydanında öz gücünü göstərdi. General Həzi Aslanovu Polad Həşimov əvəz etdi. Böyük Vətən müharibəsi qəhrəmanları əfsanəvi Mehdi Hüseynzadə, ilk azərbaycanlı Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun yerinə müstəqil dövlətimizin apardığı Vətən müharibəsinin onlarla Mübariz oğulları gəldi.

İşğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübariz ruhla səfərbərliyə qoşulanların sırasında müəllimlər, digər təhsil sahəsi ilə bağlı işçilərinin də olması paytaxtdakı və bölgələrdəki ümumitəhsil müəssisələri kollektivlərinin Azərbaycan Ordusuna dəstək aksiyaları, xeyli sayda pedaqoji ictimaiyyət nümayəndələrinin hərbi mükəlləfiyyətlə bağlı vəzifələri yerinə yetirmək üçün könüllü olaraq səfərbərlik xidməti orqanlarına gəlib hərbi toplanışlara cəlb olunması ərazi bütövlüyümüzün bərpasına sonsuz inamın ifadəsi, qürur hissi ilə səciyyələnən vətənpərvərlik tərbiyəsinin yeni müstəviyə keçməsinin bariz nümunəsidir”.
 
Mütəxəssis qeyd edib ki, sözün bütün mənalarında tarixi qələbəmizin əldə edilməsində məktəblərimizin dəstəyi, müəllimlərimizin əməyi də az olmayıb:
 
“O ağır və ağrılı günlərdə müəllimlərimiz üç cəbhədə mübarizə aparıb. Onlar həm vətənpərvər gənclər yetişdirib, həm koronavirusla əsgər kimi döyüşüb, həm də vətənin müdafiəsində iştirak ediblər. Təkcə onu demək kifayətdir ki, Vətən müharibəsinin ilk illərində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim şücaət göstərərək mənfur düşmənə qarşı vuruşub, 700-dək təhsil işçisi böyük qəhrəmanlıq nümunəsi göstərib. 20 nəfər təhsil işçimiz şəhid olub.
Nəzərə alsaq ki, bu gün təlim-tərbiyə verdiyimiz yeniyetmə və gənclər sabahın Vətən müdafiəçiləridir, əminlik hissi ilə qeyd etmək olar ki, yeni nəslin vətənə sevgi, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin qarşısında duran əsas vəzifədir. Ölkəmizin təhsil siyasətində də təhsilalanlarda vətənpərvərlik hisslərinin tərbiyə olunması, uşaqlarda milli ruhun aşılanması mühüm istiqamətlərdən biridir”.
N.İsrafilov əlavə edib ki, Zəfərimiz dünənimizə, bu günümüzə və gələcəyimizə bir baxışdır: 
“Elm və Təhsil nazirinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən, ümumi təhsil müəssisələrində Anım Günü və Zəfər Gününə həsr olunmuş konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil olunub və keçirilməkdədir.
 
Tam əminliklə deyə bilərik ki, yenilənəcək "Azərbaycan tarixi” dərsliklərində ölkəmizin əzəli torpaqları uğrunda aparılan xilaskarlıq savaşında şanlı qələbəmizin bütün istiqamətverici və təkanverici mənbələri daha geniş şəkildə öz əksini tapacaq, "Ortaq türk tarixi”nin ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən Türkiyə-Azərbaycan birliyi və həmrəyliyinə yeni səhifələr əlavə olunacaq. Başqa cür də ola bilməz. Çünki, yazılan tarix oxunulmasa, unudular”.

Müsahibimiz sonda vurğulayıb ki, bu gün ölkənin hər bir vətəndaşı kimi, hər bir təhsil işçisinin də vəzifəsi, imkanı daxilində "Qarabağ Azərbaycandır!” möhtəşəm zəfər çağırışına öz töhvəsini verməkdir:
 
"Vətən müharibəsinin nəticələri nəzərə alınmaqla, təhsilin məzmununda müvafiq korrektə və düzəlişlər aparılmalı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması və işğaldan azad olunan ərazilər haqqında yeni reallıqlar ümumi təhsilin məzmununa daxil edilməlidir. Tərbiyə işinin sistemli təşkili, azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət duyğularının aşılanması, Vətənə sədaqət - vətənçilik, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi bütün təhsil sisteminin, xüsusən ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin qarşısında duran prioritet vəzifələrdən biri olmalıdır.”Ən başlıcası isə yenilənən dərsliklərin tərbiyəvi aspektlərinin gücləndirilməsidir. İctimai-humanitar fənlərə dair dərsliklərdəki faktiki materiallar yeniyetmə və gənclərimizin iftixar hissinin yüksəlməsinə, vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsinə xidmət etməlidir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar