Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ölkədə bir sıra məktəblər bağlanacaq? - Rəsmi

Tarix: 08-01-2024 16:28     Baxış: 3184 A- / A+


   
Cari tədris ilində ləğv edilən və ya birləşdirilən ümumtəhsil məktəbləri olmayıb.
Manevr.az xəbər verir ki, bu barədə trend-ə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən bildirilib.
"2023-2024-cü tədris ilinin əvvəlində işğaldan azad olunmuş ərazilərdə məskunlaşma ilə əlaqədar yeni ümumi təhsil məktəbləri açılıb. Belə ki, Füzuli şəhərində Mirzə Uluqbəy adına 1, Laçın şəhərində 2, Şuşa şəhərində 1 nömrəli və Laçın rayonunun Zabux kəndində tam orta məktəblət fəaliyyətə başlayıb, Bakı şəhərində fəaliyyət göstərən eyni adlı məktəblər isə ləğv edilib. Eyni zamanda Abşeron rayonunun Masazır kəndində yeni 6 nömrəli tam orta məktəb açılıb", - deyə əlavə edilib.
Qeyd edək ki, bir müddət öncə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov şagird sayı az olan məktəblərin uşaqlarının yaxın ərazidə yerləşən digər təhsil müəssisələrinə daşınmasının nəzərdə tutulduğunu bildirmişdi.
"Belə təcrübə hazırda da var. Lakin bəzi hallarda biz çalışırıq ki, bu tip hallar minimum sayda olsun. Məsələn, məktəblər əgər təmirə bağlanırsa, biz daşınmanı təmin edirik. Bu tipli məsələlərdə də həmin vəsaitlərin daha səmərəli istifadəsi məqsədilə uşaqların daşınmasını təmin etmək şərtilə onların daha yaxın ərazidə yerləşən məktəblərə cəlbini məqsədəmüvafiq hesab edirik", - deyə o, əlavə edib

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar