Xəbər lenti
Məktəb direktorunu yüksək ballı müəllimlərdən seçmək ideyası dəstəklənir...
Nadir İsrafilov: “Bu prosesin gedişatı, bu qaydanın nə kimi əhəmiyyət kəsb edəcəyi və idarəetməyə hansı təsir göstərəcəyi zamana bağlı olan məsələdir”
Elm və təhsil naziri Emin Əmrullayev “AzTV”də yayımlanan “Əsas Məsələ” verilişində bildirib ki, 2026-cı ilə qədər respublikada 137 minə yaxın müəllimin sertifikasiyadan keçməsi planlaşdırılır.
Nazir qeyd edib ki, məktəb direktorları yuxarı bal toplamış müəllimlər arasından seçiləcək və bu proses tədricən həyata keçiriləcək.
Ekspertlər hesab edir ki, məktəb direktorlarının müəllimlər arasından seçilməsi yaxşı haldır. Bu hal müəllimlər arasında rəqabəti artıracaq, onlar üzərində daha çox işləyəcək. Təbii ki, bu vəziyyət məktəblilərin daha çox xeyrinə olacaq.
“Nazirin “məktəb direktorları yuxarı bal toplamış müəllimlər arasından seçiləcəklər“ açıqlaması təhsil ictimaiyyətinə və bütövlükdə cəmiyyətə ünvanlanmış bir mesajdır”
Manevr.az bildirir ki, bunu təhsil eksperti Nadir İsrafilov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, nazirin “məktəb direktorları yuxarı bal toplamış müəllimlər arasından seçiləcəklər“ açıqlaması təhsil ictimaiyyətinə və bütövlükdə cəmiyyətə ünvanlanmış bir mesajdır: Bu isə heç də səbəbsiz deyil, çünki son vaxtlar yazılı və elektron mediada bir sıra məktəb direktorlarının qeyri-peşəkarlığı və qeyri-etik davranışları barədə yazılanlar o qədər də ürəkaçan olmayıb, rəhbər işçiyə başucalığı gətirməyən hal kimi qiymətləndirilir. Məsələ ilə bağlı kiçik bir xatırlatma yerinə düşər ki, sovet dönəmində tətbiq olunan müvafiq təlimata əsasən direktor vəzifəsinə pedaqoji sahə üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik şəxslər təyin olunurdular. Yeni qaydalarda direktorların işə qəbulu və iş yerinin dəyişdirilməsi üzrə bir sıra yeniliklər əlavə olundu. Belə ki, direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxsin iştirak edə biləcəyi nəzərdə tutuldu. Qeyd olunan göstəricilərə malik olan istənilən şəxs müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant olan direktor vəzifəsini seçə bilər. Bu isə heç də o anlama gəlmir ki, məktəb direktorları “yalnız” yuxarı bal toplamış müəllimlər arasından seçiləcəklər. Sadəcə olaraq açıqlamada “əsasən” sözünün çatışmazlığı kimlərdəsə müəyyən anlaşılmazlıq yarada bilər və digər peşəkar, təcrübəli və səriştəli müəllimləri, direktor müavinlərini, digər kateqoriyadan olan təhsil işçilərini ruhdan sala bilər. Məsələyə ümumi kontekstdən yanaşsaq görürük ki, “Bu proses tədricən həyata keçiriləcək. İkinci istiqamət müəllimlərə dəstək vasitəsilə metodik xidmətin qurulmasıdır. Yuxarı bal toplamış müəllimlərimizin növbəti mərhələdə baş müəllim, mentor, metodist, ekspert və ya başqa adlarla karyeralarının inkişaf etdirilməsi hədəfimizdir. Hələlik bu adlar müzakirə edilir.”
Ekspert onu da əlavə etdi ki, bu prosesin gedişatı, bu qaydanın nə kimi əhəmiyyət kəsb edəcəyi və idarəetməyə hansı təsir göstərəcəyi zamana bağlı olan məsələdir: “Son olaraq onu deyə bilərəm ki, məktəbdə formalaşan iş mühiti təlim-tərbiyə sistemində dövlət standartlarının həyata keçirilməsi direktordan, onun peşəkarlığından asılıdır. Əbəs yerə deyil ki, “direktor” sözü latınca “idarəedici” sözündən götürülüb, “yönəldən”, “istiqamət verən” mənasını verir. Hesab edirəm ki, seçim zamanı namizədlərin əsasən yaşadıqları ərazidə yerləşən təhsil müəssisələrinə rəhbər seçilməsi direktor təyinatı təcrübəsində ən uğurlu dəyişikliklərdə biri ola bilər. Bu, idarəetməni daha mobil və səmərəli təşkil etməklə yanaşı, həm də təhsilin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə səbəb olar”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar