Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sertifikasiyadan ən çox bu fənn müəllimləri kəsiləcək: ”Nəticə çox aşağı olacaq”

Tarix: 22-12-2023 15:10     Baxış: 3176 A- / A+
Sertifikasiyadan ən çox bu fənn müəllimləri kəsiləcək: ”Nəticə çox aşağı olacaq”

Növbəti ildə sertifikasiya imtahanlarına ingilis, rus, alman, fransız dili müəllimləri cəlb ediləcək.
Qeyd edək ki, ötən sertifikasiya prosesində Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimləri sertifikasiyada iştirak etmişdi ki, burada uğur qazanan müəllimlərlə yanaşı 743 müəllimin əmək müqaviləsinə xitam verilmişdi. Növbəti sertifikatlaşdırmada iştirak edəcək xarici dil müəllimlərinin bir çoxunun daha az biliyə malik olması baxımından uğur əldə edə bilməyənlərin daha çox olacağı barədə fikirlər səslənir.
Təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, sertifikasiya olduqca vacib bir prosesdir və Azərbaycan təhsilinin inkişafına yönəlmiş bir fəaliyyətdir:
“Məlumdur ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 150 min müəllim müxtəlif vaxtlarda müəllimlərin işə qəbulu imtahanlarında iştirak etsələr də onların bilik və bacarıqları yoxlanılmayıb. Əlbəttə məlumdur ki, sertifikasiya bir çox müəllimin iş yerinin itirməsi ilə nəticələnəcək, lakin geridə qalanlar bilik və bacarıqları yüksək olan şəxslər olacaq.
Artıq hər kəsə məlumdur ki, növbəti il riyaziyyat və xarici dil müəllimləri bu prosesə cəlb olunacaqlar. Bu gün Azərbaycanda xarici dil müəllimlərinin bilik və bacarıqları yetərli qədər deyil. Hətta onlar arasında kifayət qədər insan orta ixtisas təhsillidir və onların fəaliyyət göstərdiyi məktəblərə baxanda görmək olur ki, buraxılış imtahanında şagirdlərin nəticələri orta göstəricidən aşağıdır.
Hazırda Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında abituriyentlər ən çox xarici dil fənlərindən çətinlik çəkir və aşağı nəticə göstərirlər. Buna görə də xarici dillə bağlı növbəti illərdə fərqli imtahan modelləri tətbiq olunmalıdır”. 
Doğrudanmı xarici dil müəllimlərinin bilik və bacarıqları yetərli deyil, növbəti sertifikasiyada problemlə üzləşəcəklər?
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil üzrə tədqiqaçı Elmin Nuri “Cebhe.info”-ya bildirib ki, mətbuatda yer alan xəbərlərə görə, xarici dil müəllimlərinin nəticələri o qədər də ürəkaçan olmayacaq:

“Mən bu arqumentlərlə razılaşıram və bunun da müəyyən səbəbləri var. Birinci səbəb odur ki, hər il MİQ imtahanı keçirilir və burada ən aşağı nəticə göstərənlərin sırasında ilk üçlükdə xarici dil müəllimləri olur. Bunun da 90 faizini ingilis dili müəllimləri təşkil edir. Təəssüflər olsun ki, hər il ingilis dili ilə bağlı problemlər yaşanır.
Hər il də ingilis dili müəllimləri MİQ imtahanı təşkil edən nazirliyi günahlandırırlar. Nazirlik də əksinə, müəllimlərin bu sahədə o qədər də səriştəsinin olmadığını bildirirlər. Bu, özü bir göstəricidir. Ancaq düşünürəm ki, sertifikasiyada daha kəskin problemlə üzləşəcəyik. Doğrudur, sertifikasiya sualları MİQ suallarına nisbətən o qədər çətin olmasa da, orada müəyyən yeni modellər, kuriklum proqramına əsasən bacarıq və yanaşmalar tələb etdiyinə görə kəsilənlərin, ümumiyyətlə, 31 balı əldə edə bilməyənlərin sayı digər fənlərə nisbətən çox olacaq.
Çünki xarici dil fənni digər fənlərə nisbətən hər il dəyişir. Bizim müəllimlər də ancaq “reading”-oxu istiqamətində qalırlar. Ancaq yeni materiallarda “speaking” (danışıq) və “listening” (dinləmə) də çox təlqin olunur. Bunu həm müəllim özü öyrənmir, həm də şagirdlərə təlqin etmir”. 
Tədqiqatçı bildirib ki, buna görə də buraxılış imtahanlarında şagirdlərdə xüsusilə də “speaking” və “listening” həddindən artıq aşağıdır:
“Bizim müəllimlər söz bazası ilə kifayətlənirlər. Ancaq modern ingilis dili bunu tələb etmir. Yalnız bir neçə paytaxt məktəbində çalışan müəllimləri göstərə bilərik ki, xarici dilin tələblərinə cavab verirlər. Ancaq region məktəblərində çalışan xarici dil müəllimlərinin böyük əksəriyyətinin nəticələri sertifikasiya müsabiqəsində çox yuxarı olmayacaq”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar