Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan müəllimlərinin XVI qurultayı keçirilib

Tarix: 15-12-2023 21:03     Baxış: 3141 A- / A+

Dekabrın 15-də Bakı Konqres Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı öz işinə başlayıb.
Qurultayda dövlət və hökumət rəsmiləri, deputatlar, ali məktəblərin rektorları, media qurumlarının rəhbərləri, beynəlxalq, özəl və qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri və ekspertlər iştirak edib.
Bu barədə Manevr.az-a açıqlamasında deputat Müşfiq Məmmədli bildirib.

"İki gün keçiriləcək qurultayda “Ümummilli lider Heydər Əliyev və Azərbaycan təhsili”, “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”, “Azərbaycan dili yeni çağırışlar müstəvisində”, “Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası”, "Ümumi təhsilin məzmununa müasir yanaşmalar", "Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar", “Peşə təhsili və gələcək üçün bacarıqlar”,  “Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri”, “Elm və ali təhsilin inteqrasiyası”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil”, “Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi”, “İbtidai təhsildə öyrənmə və öyrətmə müxtəlifliyi”, “Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar”, “Müasir dövrdə təbiət fənlərinin tədrisi”, "Müasir dövrdə riyaziyyat fənninin tədrisi", "Tarix və coğrafiya fənlərinin tədrisinə yeni baxış", "Xarici dillərin öyrənilməsi: yeni imkanlar", "İncəsənət, texnologiya və fiziki tərbiyə fənlərinin kamil şəxsiyyətin formalaşmasında rolu", "İnnovativ layihələr: STEAM, “Rəqəmsal bacarıqlar” və s." mövzular üzrə panel sessiyaları təşkil olunacaq",- deputat vurğulayıb

Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil olunur. 2018-ci ildə keçirilən qurultay sayca 15-ci, müstəqillik dövründə isə 5-ci olub.

Sevda S
Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar