Xəbər lenti
İmkansız tələbələrə kirayə haqqı, nəqliyyat pulu verilsin - Ekspertdən təklif
"Sahibkarlar, biznes strukturları, imkanlı şəxslər tələbə yataqxanası tikdirib, münasib kreditlə şərtləri ilə tələbələri sevindirə bilərlər. Kirayə haqqı və yolpulunun verilə biləcəyinə, tələbələrin nəqliyyat pulunun ödənilməsində yaşadıqları çətinliklərin aradan qaldırılmasının hədəflənməsinə təklif edilən müəyyən mexanizmlər kimi məsələlərin həllində elə də bir ciddi maneələr görmürəm".
Manevr.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov tələbələrin kirayə haqqı və yolpulunun verilməsi ilə bağlı təkliflərdən danəşarkən deyib.
O bildirib ki, bu istiqamətdə aparılan işlərin daha da səmərəli təşkili üçün Təhsil Tələbə Krediti Fondunun səlahiyyətləri və əhatə dairəsi genişləndirilməlidir:
"Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə təhsil ekspertlərilə görüşə dəvət olunmuşdum. Görüşdə Fondun İdarə Heyətinin sədri Araz Paşayev TTKF-in fəaliyyətə başladığı tarixdən indiyədək təhsil tələbə kreditlərinə müraciət edənlərin sayı və digər statistik gösyəticilər barədə məlumat verdi. Qarşılıqlı diskusiya formatında keçirilən görüşdə tələbələrin mövcud sistemdən daha çox yararlana bilmələri üçün ekspertlər tərəfindən bir sıra maraqlı təkliflər səsləndirilib. Ötən il elə bu formatda keçirilə görüşdə ekspertlər tərəfindən irəli sürülən bir sıra təkliflər artıq nəzərə alınıb".
Həmsöhbətimiz xatırladıb ki, Təhsil Tələbə Krediti Fondu prezident İlham Əliyevin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb:
"Məqsəd təhsil tələbə krediti sistemini tətbiq etməklə təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqdan və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir. Bu günə qədər 35 min 846 tələbə təhsil krediti almaq üçün müraciət edib. Onlardan 26 min 530 nəfərə təhsil tələbə krediti verilib. Görüşdə Fondun İdarə Heyətinin sədri tərfindən özəl təhsil müəssələrinə lazımi təsir imkanlarının məhdudluğunu dilə gətirməsi tədbir iştirakçılarının bir çoxunda da təəsüf hissi yaratdı. Necə yəni, özəl təhsil müəssələri bu dövlətdə fəaliyyət göstərmir, təhsildə dövlət siyasətinin prinsipləri onlara aid deyil? Bir halda ki, ali təhsilin hamı üçün əlçatanlığı kursunu götürmüşük, adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı ölkələri ilə rəqabətə başlamışıq, neft kapitalını insan kapitalına çevirmək məqsədimiz var, bu halda özəl təhsil müəssisələrı necə bu xeyirxahlıq missiyasından kənarda qala bilərlər?”.
Nadir İsrafilov hesab edir ki, təhsi ümumxalq işidir:
"Hələ ki, bizdə hansısa biznesmenin, şirkət rəhbərinin elmə, təhsilə hər hansı bir töhfəsinin şahidi olmamışam. Axı, bir vaxtlar bizim də messenatçılıq, missionerlik, xeyriyyəçilik ənənələrimiz olub. Təkcə onu xatırlatmaq kifayət edər ki, Hacı Zeynalabdin Tağıyevin və digər xeyriyəçilərimizin təşəbbüsü və maliyyə dəstəyi ilə nə qədər qız və gəlinlərimiz təhsil almaq üçün xaricə göndərilib və peşəkar sənət sirlərinə yiyələnərək Azərbaycana qayıdıblar. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev kimi messenat xeyriyəçilərimizin, Üzeyir Hacıbəylinin, Səməd Vurğunun, onlarla digər ziyalılarımızın öz vəsaitləri hesabına xaricə tələbə göndərməsi, onlara əl tutması barədə nə qədər konkret faktlarımız var. Hər bir sahibkar, imkanlı şəxs dərk etməmiş deyil ki, təhsil bizim gələcəyimizdir, gənclər isə gələcəyimizin təminatçılarıdır".
Ekspert vurğulayıb ki, ödənişli və yaxud dövlət hesabına ödənişsiz əsaslarla təhsil alan tələbələrə də təhsil ehtiyacları üçün nəzərdə tutulan kreditlər verilə bilər:
"Çünki tələbələrimizin yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar, araşdırma və s. bu kimi ehtiyac və təyinata görə kreditlərə böyük ehtiyacı var. Axı, nəyə görə yüksək bal toplayıb tələbə adını qazanan xeyli sayda məzunumuz imkansızlıq üzündən ali təhsil almaq hüququndan məhrum olmalıdır?".
Qeyd edək ki, Təhsil Tələbə Kredit Fondunun şöbə rəisi Tehranağa Abdullayev tələbələrin kirayə haqqı və yolpulunun verilməsi ilə bağlı müəyyən mexanizmlərin təklif edildiyini qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar