Xəbər lenti
"Kişi direktorun qadın müəllimə əl qaldırması nə deməkdir?" - Nadir İsrafilovdan ETİRAZ
Manevr.az bildirir ki, bu sözləri redaktor.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov Samuxda məktəb direktorunun müəllimi döydüyü iddiasını şərh edərkən deyib.
Onun sözlərinə görə, baş verənlərə hüquqi qiymət verilib-verilməməsindən asılı olmayaraq, kiminsə nə dərəcədə cəza alacağı qaçılmazdır.
"Bəlkə də elə cəzasızlıq sindromu bu kimi halların ildən-ilə təkrarlanmasına rəvac verən əsas səbəblərdən biridir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə “Müəllimlərin etik davranış Qaydaları” təsdiq edilib. Günah payının az və çoxluğundan, əsas günahkarın kim olmasından asılı olmayaraq, yəni bu məktəbin direktor və müəlliminin bu qaydalardan xəbəri yoxdur...? Bunlar işə götürülərkən onların psixoloji durumu, kimliyi, nəçiliyi, hansı mənəviyyata sahib olduqları yoxlanılmayıb? Bəlkə, müəllimlərin və direktorların işə qəbul zamanı, test imtahanında nəzəri biliklərlə yanaşı, müsahibə prosesində müsabiqə iştirakçılarının sadaladığımız və sadalamadığımız digər mənəvi xüsusiyyətlərinə diqqəti bir az da artıraq...?", - deyə Nadir İsrafilov vurğuladı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar