Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ən çox saxta diplomu Azərbaycanın bu universiteti verib? - İDDİA

Tarix: 09-12-2023 08:43     Baxış: 3168 A- / A+
 Azərbaycanda saxta diplomlu vəzifəli şəxslərin mövcudluğu hətta rəsmi qurumlar tərəfindən belə etiraf olunan faktdır. Problem təhsil müəssisələrində daha aktual olsa da, həmin müəllimləri hələ də təhsil sistemindən tam uzaqlaşdırmaq mümkün olmayıb.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki, ən çox saxta diplom Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən verilib. Onun sözləriə görə, bu ali təhsil müəssisəsindən verildiyi güman edilən saxta diplomların sayı 600-dən çoxdur:

"Ədalət naminə demək lazımdır ki, saxta diplomların aşkarlanması, bu kimi halların qarşısının alınması istiqamətində müəyyən irəliləyişlər var. 5-10 il öncəki durumla müqayisədə müəyyən sabitləşmə hiss olunur. Xatırlayırsınızsa, 2012-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (DİM)  sədri Məleykə Abbaszadə məsələ ilə bağlı ciddi rəqəmlər açıqlamışdı. O, 1992-2011-ci illər ərzində 22 min 332 nəfər TQDK-nın (DİM)  "qara baza"sına düşdüyünü və həmin şəxslərin saxta diplomlarla fəaliyyət göstərdiyini bildirmişdi".

Ekspertin sözlərinə görə, saxta diplomların artması əsasən köçürmələr hesabına olur. Azərbaycanda keçirilən qəbul imtahanında keçid balını toplaya bilməyən gənc xarici ölkələrin, xüsusən də Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə universitetlərinə saxta yolla qəbul olunur, sonra isə Azərbaycanın dövlət universitetlərinə və ya rayon filiallarında birbaşa 2-ci kursa köçürülürlər:
"Təhsil Nazirliyində Nostrifikasiya şöbəsində diplomların tanınması rəsmi qeydiyyata alınır, nazirlik hansısa xarici ölkədən gələn diplom üçün həmin universitetə sorğu göndərir, dəqiqləşdirmə aparılır. Universitetin lisenziyası yoxdursa və ya Nostrifikasiyadan keçməyibsə, onun verdiyi diplom saxta hesab olunur. Bununla əlaqədar müəyyən qurumlar fəaliyyət göstərir və bu iş daim nəzarətdədir. Amma bir məqam da var ki, bəzi hallarda Təhsil Nazirliyində Nostrifikasiya şöbəsinin təsdiqi ilə də saxta diplomlara rast gəlinir".

Ekspert bu problemin həllində elektron bazanın əhəmiyyətini vurğulayıb. Hər bir işə götürən işçini qəbul etdikdən sonra rahatlıqla həmin portala daxil olub verilmiş diplomun həqiqi, yoxsa saxta olduğunu yoxlamalıdır.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar