Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Fond pulu” yığıldığı deyilən məktəbin direktoru və müəllimi CƏZALANDIRILDILAR - Şəkil

Tarix: 01-12-2023 22:28     Baxış: 4203 A- / A+
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Sabunçu rayonu 310 saylı orta məktəbdə “fond pulu”nun yığılması barədə yayılan məlumatlar barədə araşdırma aparıb.

İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq 310 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən şagirdlərdən vəsaitin toplanılması barədə yayılan məlumatla əlaqədar araşdırma aparıldığı bildirilib:

“Araşdırma zamanı 310 nömrəli tam orta məktəbin direktoru tərəfindən məktəbdə nəzarətin zəif təşkil edilməsi, 5 “e” sinif rəhbərinin zəruri qabaqlayıcı və maarifləndirici tədbirlər görməməsi səbəbindən valideyn tərəfindən tədris materiallarının surətlərinin çıxarılması və digər bu kimi məqsədlər üçün digər valideynlərdən vəsait toplanılması müəyyən olunub.

Bu baxımdan, vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə 310 nömrəli tam orta məktəbin direktoru Rəsmiyə Quliyevaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xəbərdarlıq edilib. Əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə 310 nömrəli tam orta məktəbin müəllimi Mehriban Əliyevaya isə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən intizam tənbehi kimi töhmət verilib”.

Qeyd edilib ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.

Xatırladaq ki, bir müddət əvvəl Sabunçu rayonu 310 saylı orta məktəbin 5 “e” sinfinin valideyn komitəsinin sədrinin “WhatsApp” mesencerində yaratdığı qrupda hər şagirddən 10 manat məbləğində pul tələb etməsi ilə bağlı məlumat yayılmışdı. oxu.az

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar