Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Qızılcaya görə məktəblər bağlanacaq? - Nazirdən AÇIQLAMA

Tarix: 30-11-2023 17:12     Baxış: 4204 A- / A+



Məktəblərdə qızılca virusunun yayılmasını müşahidə edirik.
Manevr.az Trend-ə istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib.
Nazir qeyd edib ki, qızılca virusuna yoluxanları sayı elə də çox deyil.
"Məktəblərdən gələn iddialar var. Məktəb rəhbərliyi, müəllim diaqnoz qoya bilməz. Hər hansı simptomlar varsa, tibb məntəqəsində yoxlanışdan keçmək vacibdir. Bəzi məktəblərdə əsası olmadan qızılca virusu ilə bağlı iddialar olur. Ayrı-ayrı məktəblərdə ciddi rəqəmlər iddia edilir. Yaxın günlərdə Səhiyyə Nazirliyi ilə birgə addımlar atacağıq.
Bu istiqamətdə peyvəndlənmə vacibdir. Peyvənd olmadığı təqdirdə yoluxma arta bilər. Bu yoxdursa, məktəbdən və ya digər qurumdan nəsə gözləmək olmaz. Peyvənd valideynin məsuliyyətidir. Hər bir peyvəndin öz vurulma yaşı var", - deyə nazir əlavə edib.
"Məktəblərdə hər hansı qapanma planlaşdırılmır. Növbəti günlərdə analizlərin nəticəsinə uyğun olaraq, hər hansı təhlükəli yerlər olarsa, hansı sinif və ya məktəbi 1 və ya 2 həftəlik distant təhsilə keçirə bilərik", - nazir vurğulayıb.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin media üçün brifinq keçirir. Brifinqdə elm və təhsil naziri Emin Əmrullayev, Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar