Xəbər lenti
Nadir İsrafilov: ““Qarabağ Universiteti” ilə bağlı sərəncamın verilməsi...”

Manevr.az bildirir ki, bunu Adalet.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib. N.İsrafilov işğaldan azad edilən ərazilərimizdə təhsil müəssisələrinin yaradılmasının əhəmiyyətindən danışıb:
“Qələbədən öncə də torpaqlar işğaldan azad ediləndən sonra bu istiqamətdə orda infrastruktur yaradılması, əhalinin o ərazilərə köçürülməsi və ondan sonra ayrı-ayrı məktəblərin, universitetlərin açılması, Bakıda olan ali məktəblərin filialların orda yaradılması nəzərdə tutulmuşdu. İndi isə bu arzularımız gerçəkləşib. Artıq Şuşada məktəb tikilib, bir neçə rayonlarımızda məktəblərin təməli qoyulub. İnfrastruktur yaranandan sonra onun səhiyyəsi də, təhsili də olmalıdır. O ərazilərdə insanlarımız məskunlaşmalıdır.
“Qarabağ Universiteti” ilə bağlı sərəncamın verilməsi bir daha onu sübut etdi ki, Qarabağla bağlı biz qətiyyət göstəririk, bu istiqamətdə də dövlətimiz əlindən gələni edir. Qarabağın əvvəlki kimi elm, mədəniyyət, incəsənət mərkəzi kimi yenidəndirçəldilməsinə bu sərəncamın çox böyük təsiri olacaq”-deyə ekspert bildirib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar