Xəbər lenti
"İDRAK" liseyi dünya məktəbi olaraq IB üzrə təhsil verən məktəb statusu qazanıb
Artıq "İdrak" liseyi dünya məktəbi olaraq IB (International Baccalaureate - Beynəlxalq Bakalavr) İbtidai Təhsil Proqramı (PYP) üzrə təhsil verən məktəb statusu qazanıb.
Liseydən Manevr.az-a verilən məlumata görə, 10.01.2022 tarixindən namizəd məktəblər sırasında olan lisey artıq IB-nin internet səhifəsində PYP üzrə rəsmi akkreditasiyaya malik olan məktəb kimi göstəriləcək.
İB təşkilatinın baş direktoru Olli-Pekka Heinonen tərəfindən liseyə göndərilən məktubda bildirilir:
"İdrak liseyi IB Dünya Məktəbi statusuna malik olan qlobal məktəblər şəbəkəsinin bir üzvüdür. Bu məktəblər gələcəyini uğurla təmin edə biləcək, daha ahəngdar və firavan dünya yaratmağa töhfə verən bilikli, qayğıkeş gənclərin yetişdirilməsinə çalışır. Məktəbinizin idari heyətini, müəllimlərini, şagirdlərini və ailələrini PYP proqramının seçimində və tətbiqində fəal rollarına görə alqışlayırıq. PYP üzrə təhsil alan şagirdlər məzun olduqdan sonra yerli, milli və bəlkə də beynəlxalq səviyyədə sosial, mədəni və iqtisadi mühitə müsbət mənada təsir göstərən fəaliyyətlər həyata keçirdikcə, bu seçimin müsbət nəticələri cəmiyyətinizdə aydın görünəcək", məktubda qeyd edilir.
Məlumat üçün deyək ki, Beynəlxalq Bakalavr Təşkilatı 1968-ci ildə İsveçrədə təsis edilib. IB DP diplomunu almış hər bir şəxs dünyanın istənilən ölkəsində ali təhsil ala bilər.
Ətraflı məlumat
İdrak Liseyi Bakı
Əlaqə:
+994 50 256 65 67/68
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar