Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

BDU-nun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb - Şəkillər

Tarix: 25-11-2023 22:34     Baxış: 3329 A- / A+

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev BDU-nun İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb.
Manevr.az-ın xəbərinə görə, tədbirdə Milli Məclisin üzvü Müşfiq Məmmədli və digər deputat həmkarları iştirak edib.
Rektor Elçin Babayev 2023/2024-cü tədris ilində BDU-da yeni yaradılan ixtisaslara olan maraqdan, keçmiş ixtisasların yeni dövrün tələblərinə uyğun formalaşdırılmasının vacibliyindən danışıb. Həmçinin yeni tədris ilində yenidən istifadəyə verilən BDU-nun 2 saylı korpusunda aparılan təmir və yenidənqurma işləri barəsində məlumat verib. Bildirib ki, tədris binası indi yüksək standartlara cavab verən avadanlıqlarla tam təchiz olunub və tələbələrin tədris prosesinin düzgün təşkili üçün hər cür şərait yaradılıb.
Rektor BDU-da yeni yaradılan, müstəqil Azərbaycan dövlətinin, Ordusunun qəhrəmanlıq tarixinin öyrənilməsi sahəsində təbliğat mərkəzlərindən birinə çevriləcək "Zəfər tarixi” lektoriyasından da söz açıb. Bildirib ki, İctimai Nəzarət Şurasının növbəti iclaslarını bu məkanda keçirmək mümkün olacaq.
İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev, Şura üzvləri BDU-da tədris prosesinin təşkili və yenidənqurma işlərini yüksək dəyərləndirib, təkliflərini səsləndiriblər. Müzakirələrdə universitetdə reallaşdırılacaq yeni işlər ətrafında fikir mübadiləsi aparılıb.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar