Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ali məktəblərin dərslik problemi nədən qaynaqlanır? - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

Tarix: 20-11-2023 18:48     Baxış: 3331 A- / A+

“Tələbələrin dərsliklərlə bağlı təminatı vəziyyəti ciddi şəkildə araşdırılmalı, geniş miqyasda təhlil olunmalı, mövcud problemlərin səbəbləri üzə çıxarılaraq, bunların həlli istiqamətində müvafiq addımlar atılmalıdır”.
Manevr.az bunu sia-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirib.

Ekspert bildirib ki, dərslik dövlətin təhsil siyasətinin həyata keçirilməsində, yeniyetmə və gənclərin keyfiyyətli təhsil almasında başlıca vasitələrdən biridir: “Bu sahənin uzun illərdən bəri həllini gözləyən əsaslı problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq, son on illiklərlə müqayisədə, dərslik siyasətinə fərqli baxış formalaşıb. Belə ki, dərsliklərin keyfiyyətini artırmaq üçün ehtiyat dərsliklərin hazırlanması ilə bağlı Təhsil Nazirliyinin hökumətə təqdim etdiyi qərar layihəsi qəbul edilib.
Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə quruma hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklərin hazırlanması səlahiyyəti verilib. Bu məqsədlə Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb və ehtiyat dərsliklərin hazırlanmasına başlanıb. Ehtiyat dərslik hazırlanmasında isə tamamilə fərqli situasiya - rəqabət deyil, əməkdaşlıq mühiti şəraitində aparılır. Onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanılır. Bu sahədə aparılan işlər təqdirəlayiqdir və mərhələlər üzrə davam etdirilməlidir.
N.İsrafilovun sözlərinə görə orta məktəblərlə müqayisədə ali məktəblərdə dərsliklərin hazırlanması və tələbələrə çatdırılması proseduru fərqlidir: “Universitetlərdə dərsliklərin tender yolu ilə hazırlanması və tələbələrə pulsuz çatdırılması kimi konkret standartlar yoxdur və bu məqsədlə konkret tələblərin qoyulması da bu gün üçün o qədər də real görünmür. Universitet rəhbərliyinin təhsil sahəsində ən önəm verdiyi məsələlərdən biri tələbələrin dərs vəsaiti və elmi ədəbiyyatla təchiz olunması məsələsidir. Müşahidələr göstərir ki, ayrı-ayrı universitetlərdə professor – müəllim heyətinin elmi kitab, dərslik, dərs vəsaiti, elmi məqalə dərc etdirməsi ilə əlaqədar elə gə bir problemi yoxdur. Çünki, bəzi universitetlərdə bir alimin, müəllimin elmi dərslik, dərs vəsaiti və ya tədqiqat nəşri hazırlayıb başa çatdırması üçün bütün lazımı şəraiti yaradıb. Kafedralarda müzakirədən keçmiş kitab, dərslik və dərs vəsaitinin universitetin öz büdcəsi hesabına nəşr olunması üçün Elmi Şuralar fəaliyyət göstərir. Bəzi universitetlərdə öz əməkdaşları tərəfindən yazılan dərsliklərdən, Bəzi universitetlərdə xarici müəlliflərin dərsliklərinin Azərbaycan dilinə tərcücəmələrindən istifadə olunur. Elmi Şuranın təşkil etdiyi komissiyalar tərəfindən kafedralar üzrə dərslik, dərs vəsaiti və proqramların mövcud vəziyyəti davamlı yoxlanılır.
Proqram və dərsliklərin hər 5 ildən bir yenilənməsi zəruri hesab olunur. Nəşr olunduqdan sonra dərslik, dərs vəsaiti və elmi ədəbiyyat ilk növbədə tələbə və müəllimlərinin ehtiyacını ödəmək üçün universitetin mərkəzi kitabxanasına və respublikamızda mövcud olan digər kitabxanalara verilir. Bir çox universitetlərimiz zəngin elektron kitabxana ilə təchiz olunub, onlayn sistem əsasında fəaliyyət göstərir. Bu kitabxanalardan minlərlə tələbə mütamadi olaraq istifadə edir. Bununla belə bütün universitetlər barədə bu sözü demək olmaz. Xüsusilə xaricdə nəşr olunan elmi ədəbiyyatın əldə edilməsində çətinliklər mövcuddur. Elmi-kütləvi ədəbiyyatın individual şəkildə əldə edilməsi də çətin və bahalı olaraq qalmaqdadır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar