Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Biz belə böyüdük, ərsəyə yetdik, müəyyən peşə və nüfuz sahibi olduq” - Nadir İsrafilov

Tarix: 18-11-2023 22:29     Baxış: 3428 A- / A+
”Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”
Lutsius Anneus Seneka

Ən yadda qalan günlərim – məktəb illəri ilə bağlıdır. Biz məktəbə məktəb keçmək üçün gedirdik, ali məktəbə girmək üçün yox. Valideynlərimiz də bizi məkəbə yollayarkən, qarşımıza hər hansı bir məqsədli tələb qoymazdı. Məktəbə hazırlığımız o zamanlar əksəriyyət üçün əlçatan olan uşaq bağçalarında aldığımız ətraf mühit barədə olan ilkin anlayışlar və dərs ilinin başlanmasına bir neçə ay qalmış valideynlərimiz tərəfindən alınan dərsliklər olardı. Uşaqlıq illərimizin ən mənalı illərini keçirdiyimiz bağça dövrünün başa çatması ərəfəsində böyük səbirsizliklə məktəbə qədəm qoyacağımız ilk günü gözləyərdik. Həsrətimizi sovuşdurmaq üçün gündə ən az iki, üç dəfə həmin dərslikləri açıb vərəqləyər, orda olan əlvan şəkillərin altındakı yazıları hecalayardıq. Bəzən, anamızın dəfələrlə “gəl çörəyini ye, sonra baxarsan” qışqırtısını belə eşitməz olardıq.
Ali məktəb ideyası yalnız orta məktəb təhsilinin son siniflərində başımıza girərdi. Bunun üçün isə ən çox sevdiyimiz fənn və bu fənn üzrə ən dərindən mənimsədiyimiz bilikləri təkrarlamaq bizə kifayət edərdi. Sevdiyimiz fənni sevməyimizi, bizə bizim ən çox sevdiyimiz müəllim sevdirərdi. Bizim “repetitorumuz” isə sevdiyimiz fənn üzrə təşkil olunan, fakultativ adlandırılan əlavə dərs məşğələləri olardı. Həmin məşğələlərə dərsdən də artıq önəm verərdik. Bir çox məzunların ali məktəbə daxil olmasında bu məşğələlər əslində hazırki hazırlıq kurslarının bir növ əvəzedicisi rolunu oynayırdı.
Bizim buraxılış imtahanlarımızın bələdçisi isə mart ayından satışa buraxılan 3 qəpiklik imtahan biletləri və 30 qəpiyə satılan ali məktəbə qəbul məcmuəsi idi. Həmin biletlər üzrə hazırlaşarkən artıq qabaqcadan bilirdik ki, nəyi bilirik nəyi bilmirik. Hətta biletlərə əsasən hazırlıq səviyyəmizdən asılı olaraq hansı fəndən neçə qiymət ala biləcəyimizi də proqnozlaşdırırdıq. Proqnozlarımız təsadüfi hallarda özünü doğrultmaya bilərdi. Çinki, orta məktəbdə bizə nə öyrədilirdisə, ali məktəbə qəbulda da o tələb olunurdu. Öyrəndiklərimizi yaddaşımızda saxlamaq üçün biletlər üzrə konkret fakt və rəqəmləri teziz şəklində çib dəftərində konspektləşdirirdik. Gəzinti və digər asudə vaxtlarımızda bloknot adlandırılan o kiçik dəftərçəni çıxarıb, hafizəmizi təzələyirdik.
Dərslik etalon sayılırdı. Çox vaxt mübahisəli məsələlərdən söhbət düşəndə dərhal dərsliklərə istinad edərdik. Dərsliklərə düşməyən yeniliklərlə bağlı materialları qazet və jurnallardan oxuyar, radio və televiziya verilişlərindən öyrənərdik. Bir də ki, “dərsin müasir həyatla əlaqələndirilməsi” deyilən metoda müəllimlər son dərəcə ciddi yanaşırdılar. Ayrı-ayrı fənlər üzrə dərslərdə tədris proqramı ilə nəzərdə tutulan hələki dərsliklərə yol tapmayan istənilən faktlar, hadisə və təzahürlər ilk növbədə müasir həyatla əlaqələndirilir və əsaslandırılırdı.
O vaxtlar ali məktəbə qəbul olunmamaq indiki kimi problem sayılmazdı. Hər kəs öz bilik səviyyəsinə uyğun seçim edərdi. Lazımi biliyə güvəni olmayanlar, texniki-peşə məktəblərinə və texnikum adlanan orta-ixtisas təhsili müəssisələrinə üz tutub, təhsillərini davam etdirərdilər. Ali məktəbə qəbul olmaq arzusuna qovuşmayanlara isə valideyn təsəllisi ondan ibarət olardı ki, “dünya dağılmadı ki, bu il qəbul olunmamısan, gələn il qəbul olarsan, sənin tayların arasında hələ heç məktəbi bitürməyənlər var.”
O vaxtlar təkrar sinifdə qalan “iki illiklər” və “üçilliklər” də az deyildi. Təsəllidən ümidlənən uğursuz nəticə göstərənlər ikinci, üçüncü cəhddən sonra ali məktəblərə qəbul olunurdular. İstehsalata gedənlər üçün isə istehsalatdan ayrılmadan ali təhsil almaq imkanlarını reallaşdırmaq üçün geniş axşam və qiyabi təhsil şəbəkəsi mövcud idi. Bizim oxuduğumuz dövrlərdə parta arxasından birbaşa istehsalata getmək, istehsalatdan ayrılmadan təhsili davam etdirmək partiya çağırışı idi. Çünki, işçi qüvvəsinə böyük ehtiyac var idi. Bu çağırışa qoşulanlar kifayət qədər olub, artıq, təcrübəli peşə sahibi kimi erkən istehsalat fəaliyyətinə başlayırdılar.
Biz stress, bullinq, aqressiya, depressiya, özünəqapanma və digər bu kimi emosional hisslərinin nə olduğunu bilməzdik. Ən böyük qayğımız böyük tənəffüsdə məktəb bufetindən bulka və ya limonad almaq üçün valideynlərimizin bizə verdiyi 20-30 qəpiyə necə qənaət edib, onu kitab almağa sərf etmək və valideyn iclaslarında bizim barədə nə deyiləcəyinə dözümlülük göstərmək idi. Məktəb vaxtı dərnək məşğələlərində, yay tətili vaxtı isə pioner düşərgəsi adlanan istirahət mərkəzlərində bütün qayğılardan azad olardıq. Kimi özfəaliyytdə, kimi dramda, kimi bədii qiraətdə özünü sınayardı. Məktəb bizə təkcə bilik baçarıq və vərdişlər aşılamadı, həm də asudə vaxtımızın səmərəli təşkilinin təminatçısına, sağlamlığımızın qarantına çevrildi.
Çünki, təhsilin hər pilləsinin öz çərçivəsi var idi. Ardıcılıq və varislik prinsipi gözlənilirdi. Heç bir pillə digərini əvəzləmir və onu qabaqlamırdı. “Əxlaq kodeksi” və “Davranış qaydaları” məktəbin əsas atributları sayılır və məktəbin foyesinin hər iki sütununa bərkidilirdi. Əxlaqdan yarımillik qiymət verilməsi hər kəsin məsuliyyətini birə - beş artırırdı. Biz belə böyüdük, ərsəyə yetdik, müəyyən peşə və nüfuz sahibi olduq. Düz etdik, səhv etdik, hər halda nəsə etdik. Bir mahnıda xatırlandığı kimi “ Məktəb illəri Ömrümün ən şirin, duyğulu, qayğısız günləri Hər anı bir ömrə bərabər sevimli günləri.”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar