Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nadir İsrafilov: “Müəllimin qabında nə varsa, elə odur, maaş onu düzəltməyəcək...”

Tarix: 03-11-2023 14:18     Baxış: 4441 A- / A+

Son 20 ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər 19 dəfə artıb. “2023-cü il dövlət büdcəsi haqqında” qanuna əsasən, təhsilə 4,4 milyard manat vəsait ayrılıb. 2024-cü ilin dövlət büdcəsinin layihəsində isə müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (93,6 milyon manat) vəsait proqnozlaşdırılıb.

Bu məqsəd üçün 2022-2026-cı illər ərzində 137 min nəfər müəllim heyətin sertifikatlaşma proqramında iştirakının təmin edilməsinə və 68 min nəfər heyətin diferensial əməkhaqqı sisteminə cəlb olunmasına təşəbbüs göstəriləcək.

Bəs görəsən, ötən dövr ərzində təhsilə ayrılan xərclər 19 dəfə artdığı halda təhsilin keyfiyyətində bu rəqəmi görmək mümkündürmü?

Manevr.az bildirir ki, tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov mövzunu Bizim.Media-ya şərh edib.

O bildirib ki, son 10 ildə Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqının məbləği 3 dəfə artıb:

“Rəsmi statistikaya əsasən, hazırda müəllimlərin 22 faizi, yəni 28929 nəfər 500 manata qədər, 48 faizi, yəni 63983 nəfər 500-1000 manat, 26 faizi, yəni 34165 nəfər 1000-1500 manat, 5 faizi, yəni 6177 nəfər 1500-2000 manat, 0,4 faizi, yəni 542 nəfər 2000 manat və daha artıq maaş alır.

Elm və təhsil naziri Emin Əmrullayev əmək haqlarının artımına həsr olunan brifinqdə bildirdiyinə görə, 2014-cü ildə müəllimlərin orta maaşı 267 manat olduğu halda, indi, sonuncu artımdan sonra bu məbləğ 790 manata yüksəlib. Daha 2-3 ildən sonra isə orta əmək haqqı 1000 manatı keçəcək. Göstərilən rəqəmlər nə qədər rəsmi və tutarlı fakt olsa belə, ölkədə çox zaman təhsilin keyfiyyətinin aşağı olmasını müəllimin əmək haqqı ilə izah edirlər.

Hələ təhsilə olan baxışlarımızı dəyişməmişik.

Bu gün təhsilin keyfiyyətini onunla izah edirik ki, neçə nəfər 700, yaxud 600 bal topladı, neçə nəfər ali məktəbə qəbul oldu, eləcə də neçə nəfər Prezident təqaüdünə layiq görüldü?! Məsələn, bizdə elə il olub ki, 25 nəfər 700 bal toplayıb, növbəti il bu say 3 nəfər olub. Yaxud elə il olub ki, 1 nəfər belə 700 bal toplamayıb. Bu, əsas verirmi ki, təhsilin keyfiyyətinin aşağı düşdüyünü və ya yuxarı qalxdığını iddia edək və bunu müəllimin əmək haqqının aşağı, yaxud da yuxa olması ilə əsaslandıraq?!”

N.İsrafilov qeyd edib ki, təhsilin keyfiyyətinə yanaşma tərzimiz dəyişmədiyi müddətcə inkişaf danışmaq çətindir:

“Müəllim nüfuzunun yüksəldilməsi üçün əmək haqqının artırılması kimi bütün variantlara əl atılır. İldən-ilə əmək haqlarında artım müşahidə edilir. Hazırda sertifikasiya keçirilir və müəllimlərin peşə səviyyəsi müəyyənləşir. Yüksək bal toplayanların da əmək haqqında müəyyən artımlar olur.

Ölkənin büdcəsi, sosial xərclər çoxaldıqca müəllimlərin əmək haqqında artım gözlənilir. Bu vəsait yalnız müəllimlərin əmək haqqı üçün nəzərdə tutulmur, burada strukturlar, texniki təchizat da yer alır. Yəni infrastruktur məsələsi də xeyli vəsait tələb edir. Çox təəssüf ki, büdcədən çox vəsait ayrılanda elə hesab edirik ki, bu ancaq müəllimlərin əmək haqqı üçün nəzərdə tutulur.

Tomas Ceffersonun bir müdik kəlamı var:

“Mən sərvətləri artdıqca dürüstlükləri də artan insanlar görmədim”. Maddiyyat nə qədər önəmli olsa da, mənəviyyatın yoxluğu ona haqq qazandıra bilməz. Bu mənada, müəllimin peşəsinə bağlılığı yoxdursa, mənəviyyatca nədirsə, necə olubsa, elə o da olaraq qalacaq.

O ki, qaldı əmək haqqının repetitor fəaliyyətini məhdudlaşdırmağa kömək edib-etməyəcəyinə, məsələnin bu yolla həlli də o qədər də real görünmür. Çünki nə qədər ki, test tətbiq olunacaq, ali məktəblərə qəbul imtahanları mərkəzləşdirilmiş qaydada, ayrı-ayrı ixtisaslar üzrə aparılacaq, repetitorluq da bir o qədər özünə yeni tərəfdarlar tapacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar