Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sertifikasiyadan keçən müəllimlərin əməkhaqqlarına əlavə bu tarixdən hesablanacaq

Tarix: 30-10-2023 19:49     Baxış: 4323 A- / A+
Bu müəllimlərin maaşlarına son iki ay üçün ƏLAVƏLƏR EDİLƏCƏK
Azərbaycanda sertifikasiyadan keçən müəllimlərin əməkhaqqlarına əlavə sentyabrın 1-dən hesablanacaq.
 
Manevr.az-ın məlumatına görə, onlara növbəti aydan əlavələrin verilməsi nəzərdə tutulub.
 
Həmin əlavələr zamanı sentyabr və oktyabr aylarının da ödənişləri ediləcək.
 
Belə ki, sertifikatlaşdırmanın test imtahanı və müsahibə mərhələsindən uğurla keçmiş təhsilverənlərin vəzifə maaşlarına aylıq aylıq əlavələr 1 sentyabr tarixindən təsdiq edilmiş siyahıya uyğun olaraq hesablanacaq və ödəniləcək.
 
Bununla bağlı Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinə, Təhsilin iqtisadiyyatı və statistika şöbəsinə, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələrinə müvafiq tapşırıqlar verilib.
Həmçinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə tapşırılıb ki, sertifikatlaşdırmadan keçməmiş təhsilverənlərlə bağlı təhlillər aparsın, qanunvericiliyin tələbləri gözlənilməklə yerli bölmələrlə birlikdə zəruri tədbirlər görsün.
 
Eyni zamanda Təhsil İnstitutuna da sertifikatlaşdırmadan keçməmiş təhsilverənlərin peşəkar inkişafının artırılması istiqamətində tədbirlərin görülməsini, müvafiq kurslara cəlb olunması üçün təlim proqramlarının hazırlanmasını və təlimlərin keçirilməsini təmin etmək tapşırılıb.
 
Elm və təhsil naziri Emin Əmrullayev yuxarıda qeyd olunanların icrasına nəzarəti müavini Həsən Həsənliyə həvalə edib.
 
Qeyd edək ki, sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq olunacaq.iqtisadiyyat.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar