Xəbər lenti
“Mən gənclərə göstərilən mənəvi dəstəyin nə olduğunu yaxşı bilirəm... “-Nadir İsrafilov

“Karyera yüksəlişimdə ən böyük qazancım gəncliyimdə mənə verilən dəstək olub.”
Gənc müəllimlərlə bir arada olmaq, onlara ən azından mənəvi dəstək verməyin nə olduğunu çox yaxşı başa düşürəm. Təyinatla göndərildiyim kənd müəllimliyindən, təhsilin yuxarı idarəetmə orqanlarında 50 illik fəaliyyətim sahəsində qazandığım təcrübəyə əsasən bu ənənəyə sadiq qalmaq artıq mənim bir növ həyat kredoma çevrilib. Çünki, özüm də bu yolu keçmişəm və karyera yüksəlişimdə nəyə nail olmuşamsa, bu, gəncliyimdə mənə verilən dəstəyin hesabına olub. Bəlkə də, bu gün müəllim, xüsusilə də gənc müəllimlər qədər diqqətə, qayğıya və dəstəyə ehtiyacı olan ikinci peşə sahibi yoxdur. Gənclər bizim gələcəyimizdir, təhsilimizin gələcəyi isə gənclərimizin əlindədir. Ona görə də, cəmiyyət müəllim adını yaşatmalıdır ki, müəllim də təhsili yaşada bilsin. Gənclərə də tövsiyyəm odur ki, ilk növbədə sizə veriləcək dəstəkdən lazımınca bəhrələnin və vaxtı gələndə siz də öz dəstəyinizi gələcək nəsillərdən əsirgəməyin.
Gənclərlə bir arada olmaq, onlara əlimdən gələn dəstəyi göstərmək, bir sözlə uzunillik ənənəmə sadiq qalmaq istəyimdən Təhsil Nazirliyinin keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VII grant musabiqəsinin qalibi, Astara rayon Şahağac kənd D. Əsədov adina 2 sayli orta məktəbin ingilis dili műəllimi, AGMA nın Lənkəran Astara Regional idarəsi üzrə koordinatoru Nəsirzadə Pərvanə Nazim qızının təqdimatında iştirakımla bağlı “Təhsil Forumu” sosial platforması rəhbərliyinin dəvətindən imtina edə bilməyərək, Astara rayonuna uzun bir yol qət etməli oldum.


Doğum günü bu günə təsadüf ediləm Nobel mükafatı laureatı Teodor Drayzerin ibrətamiz bir tövsiyyəsi var: “Həyatımızda ən yaxşı mükafat dəyəri olan işlə məşğul olmaq imkanıdır. Sadəcə bacardığınıza inanmaq lazımdır - və siz artıq hədəfin yarısındasınız. Harada olursunuzsa olun, əlinizdəkilərlə edə biləcəyinizi edin. Kiçik işi böyütmək bacarığı olana böyük işlər tapşırırlar.”

Nadir İsrafilov
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar