Xəbər lenti
Son 20 ildə ali məktəblərə qəbul olunan tələbələrin sayı 3 dəfə artıb - Emin Əmrullayev

Bunu "Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” mövzusunda konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib.Nazir diqqətə çatdırıb ki, dövlətimizin başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində mühüm qərarlar qəbul olunub.
Son illərdə dövlət sifarişi yerlərinin sayı 50 faizə çatdırılıb, tələbə təqaüdləri ardıcıl olaraq artırılıb və akademik nailiyyətlərlə uzlaşdırılıb. 2014-cü ildən ali təhsil sahəsində yeni məzmun və tədris texnologiyaları əsasında "SABAH” layihəsinin həyata keçirilməsinə başlanılıb. Son 5 ildə "SABAH” qruplarını 5814 məzun bitirib və onların uğurlu karyera inkişafı müşahidə edilməkdədir.
"Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək məqsədilə Təhsil Tələbə Kredit Fondu yaradılıb, bu günədək 24 mindən çox tələbənin təhsil haqqı ödənilib”, - deyə Emin Əmrullayev qeyd edib./trend
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar