Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dilpomlar əhəmiyyətinin itirir: Yeni sistem necə olacaq? - AÇIQLANDI

Tarix: 20-10-2023 14:11     Baxış: 3359 A- / A+


Dilpomlar əhəmiyyətinin itirir: Yeni sistem necə olacaq? - AÇIQLANDI

Prezident İlham Əliyev 2020-ci ildə “Təhsil haqqında” qanuna edilən dəyişikliyi təsdiqləyib.  
Yeni qaydalara görə, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd (diplom, attestat və s.) formasında təhsil haqqında dövlət sənədi verilməlidir.Bu tələb ali məktəb diplomlarına, orta ixtisas təhsili müəssisələrinin və peşə məktəblərinin diplomlarına, ümumtəhsil məktəblərinin attestatlarına və təhsil arayışlarına da şamil olunacaq.Xeyli müddət keçməsinə baxmayaraq, hələlik Elm və Təhsil Nazirliyi rəqəmsal təhsil sənədlərinin verilməsinə başlamayıb.

Bəs rəqəmsal diplomlar nə zaman veriləcək?
 
Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı sfera.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bilidirib ki, hələ proses tamamlanmayıb:
 
“Bildiyim qədər, ETN artıq bununla bağlı yeni Qaydaları hazırlayıb və digər qurumlarla razılaşdırmalara təqdim edib. Düşünmək olar ki, bu xidmətin reallaşması üçün bir neçə dövlət qurumunun informasiya sistemlərinin də inteqrasiyasına ehtiyac var. Bizdə isə məlum olduğu kimi, müəyyən işlər görülsə də, hələlik dövlət qurumları arasında inteqrasiya prosesləri tam başa çatmayıb.Ümid edirəm, RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin də dəstəyi ilə cari tədris ilinin sonuna qədər ETN "rəqəmsal diplom" xidmətini reallaşdıra biləcək”.
 
Ekspertin sözlərinə görə, bu sistem sənədlərdə saxtakarlığa yol verilməsinin qarşısını alacaq:
 
“Yeri gəlmişkən, İRİA açıqlayıb ki, hazırda MyGov-da olan bəzi sənədləri rəqəmsallaşdıracaq. Məlum olduğu kimi, hazırda bu servisdə olan hansısa məlumatlar sadəcə bir informasiyadır, hüquqi qüvvəsi olan bir sənəd hesab edilmir. Ümid edirəm, diplomlar haqqında məlumatlar da İRİA-nın rəqəmsallaşmaq istədiyi sənədlər siyahsına daxil edilib.
 
Ümumiyyətlə isə, diplomların, attestatların, hansısa sertifikatların rəqəmsal formada təqdim edilməsi, onların rəqəmsal bazalarda yerləşdirilməsi əhəmiyyətli bir addımdır. Bununla da saxtakarlığın, saxta diplomların qarşısını almaq, bu tip sənədlərin həqiqiliyini yoxlamaq daha asan olacaq. Həmçinin, rəqəmsal təhsil sənədləri bazalarına giriş imkanı olanlar üçün mütəxəssislərlə bağlı daha güvənli və əlçatan informasiyalar formalaşmış olacaq”.
 
O.Gündüz qeyd edib ki, bundan sonra diplomların notarial təsdiqi öz əhəmiyyətini itirəcək:
 
“Müşahidələr göstərir ki, adətən bizdə diplomların verilməsi xeyli ləngiyir. Rəqəmsallaşandan sonra isə təhsili bitirənlər dərhal bu sənədi əldə edə biləcəklər.Düşünmək olar ki, bundan sonra diplomların notarial təsdiqi də öz əhəmiyyətini itirmiş olacaq.Xatırladıram ki, hazırda MyGov-da Elm və Təhsil Nazirliyi tərəfindən təqdim edilən "Diplom haqqında arayış" adlı elektron xidmət var. Təəssüf ki, hələlik bu bazadan yalnız məhdud bir dövr üçün diplomlar haqqında məlumat əldə etmək mümkündür. Bir müddət bu istiqamətdə sürətli işlər getsə də, sonradan bu proses xeyli ləngidi.Ümid edirəm, diplomlar rəqəmsallaşandan sonra indiyədək mövcud olan bütün diplom bazası da rəqəmsallaşdırılacaq və əlçatan olacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar