Xəbər lenti
İş adamları təhsildəki problemlərin həllinə qoşulsunlar!
Ölkədə müxtəlif sahələr üzrə kifayət qədər biznesmen, şirkət rəhbəri var. Həmin sahələr üzrə universitetlərdə tədris həyata keçirildiyini nəzərə alsaq, həmin şəxslərlə tələbələrin görüşünün təşkil edilməsi olduqca faydalıdır.
Tələbələrin biznesmenlərlə interaktiv söhbətlərinin, görüşlərinin təşkil edilməsi onların gələcək kariyera planlamasına, bilik və bacarıqlarının tətbiq istiqamətinə nə dərəcədə təsir göstərər?
Manevr.az-ın məlumatına görə, mövzu ilə bağlı fikirlərini AzEdu.az-a bölüşən təhsil eksperti Qoşqar Məhərrəmov deyir ki, sahəsində uğur qazanmış insanların tələbələrlə görüşü geniş yayılmış bir təcrübədir.
Ekspert, təsadüfi uğur qazanmış şəxslərin tələbələrlə görüşünün təşkil edilməsini düzgün hesab etmir:
“Ancaq , sırf instagramda məşhur olmuş bir adamın tələbələrlə görüşündən söhbət getmir. Spesifik bir sahədə həqiqətən də real uğur qazanmış, elmi yanaşmalar sərgiləyən insanlardan danışılır. Təsadüfi uğur qazanan insanların tələbələrlə görüşünün təşkil edilməsi mediada da tənqid mövzusu olur.
Ona görə də peşəkar çalışan hüquqi və fiziki şəxslər müvafiq dərslər üzrə gənclərlə təcrübələrini bölüşsələr, onlar da öyrəndiklərinin praktikada hansı nəticələr doğuracağını daha aydın görmüş olar. Praktikada qarşılaşılan çətinliklər, universitetdə öyrənilənlərin əmək bazarında tətbiqi, nəticələri və s. haqqında daha geniş məlumat sahibi olarlar”.
Təhsil eksperti Nadir İsrafilov isə vurğulayır ki, imkanlı iş adamlarımız, sahibkarlar təhsil məsələlərinin həllinə ürəkdən qoşulmaları arzuolunandır:
“Əlbəttə istərdik ki, dünyanın bir sıra ölkələrində olduğu kimi imkanlı iş adamlarımız, sahibkarlar, kommersiya və biznes strukturlarımız da təhsilimizin son dərəcə vacib, taleyüklü məsələlərini həllinə ürəkdən qoşulsunlar, ümumi işimizin xeyrinə öz layiqli tövfələrini versinlər. Bu halda nəinki ödənişli, dövlət hesabına oxuyan ödənişsiz əsaslarla təhsil alan tələbələrə də təhsil ehtiyacları üçün nəzərdə tutulan kreditlər verilə bilər. Çünki tələbələrimizin yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar, araşdırma və s. bu kimi ehtiyac və təyinata görə kreditlərə böyük ehtiyacı var. Axı, nəyə görə yüksək bal toplayib tələbə adını qazanan xeyli sayda məzunumuz imkansızlıq üzündən ali təhsil almaq hüququndan məhrum olmalıdır”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar