Manevr.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Məktəblər əvvəllər COVID-19 pandemiyası zamanı istifadə edilən distant formatda fəaliyyət göstərəcək.
Qeyd olunub ki, distant təhsil formasının nə qədər davam edəcəyi hələlik məlum deyil.
Nəşr həmçinin vurğulayıb ki, İsrailin təhsil sistemi çətinliklərlə üzləşib: Qəzza zolağına bitişik ərazilərdən evakuasiya edilən bir çox ailənin kompüterləri yoxdur və buna görə də hələ ki, distant təhsil rejiminə qoşula bilmirlər.