Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Bir il təhsil alsan da dörd ilin ödənişini ETMƏLİSƏN” – Universitetlərin bu tələbi QANUNİDİR?

Tarix: 05-10-2023 12:43     Baxış: 4322 A- / A+

Yeni tədris ili gəlişiylə birgə bir çox qayğıları da bərabərində gətirdi. Həmin qayğılardan biri də bəzi universitetlərdə birinci kurs tələbələri ilə bağlanan müqavilələrdir.

Belə ki, bəzi universitetlər övladları birinci kursa qəbul olmuş valideynlərlə müqavilə bağlayarkən belə bir şərt irəli sürür ki, birinci kursdan sonra başqa universitetə keçid etmək istəsə, onda həmin şəxs qalan 3 ilin də təhsil haqqını ödəməlidir. 

Nə qədər qəribə görünsə də bu, reallıqdır. 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Nadir İsrafilovla həmsöhbət olduq. 

Manevr.az bildirir ki, o, bizim.media-ya açıqlamasında bildirib ki, hər universitetin öz daxili nizamnaməsi var:

“Ali təhsil müəssisələri də həmin nizamnaməyə uyğun fəaliyyət göstərir. Ona görə də bəzi ali məktəblərdə valideynlərlə bu cür müqavilələrin bağlanmasında təəccüblü bir şey yoxdur. Hər bir universitet özünü sığortalamaq istəyir. Çünki, özəl universitetlərin büdcəsi əsasən təhsil haqqı hesabına formalaşır. 

Əgər hansısa universiteti il ərzində 15-20 tələbə tərk edərsə, onda həmin ali məktəb il ərzində ən azından 30-40 min manat vəsait itirmiş olur. Ona görə də universitet özünü fors-major hallardan sığortalamaq üçün bu cür addımlar atır”.

Nadir İsrafilovun sözlərinə görə, müqavilə o deməkdir ki, hər iki tərəf öz üzərinə müəyyən öhdəlik götürür:

“Universitetlər də çalışır ki, öz öhdəliklərini yerinə yetirmək üçün daha güclü iqtisadi dayanağa malik olsunlar. Əgər hansısa valideyni universitetin şərtləri qane etmirsə, o müqavilə bağlamaqdan imtina edə bilər.

Bu halda uşaq ən azı bir il təhsildən kənar qala bilər. Bunun və danışdığımız problemin baş verməməsi üçün hər bir valideyn və abituriyent ali məktəb seçərkən diqqətli olmalıdır. Seçdikləri universitetin daxili nizamnamə qaydalarını qabaqcadan öyrənməlidir ki, sonradan xoşagəlməz hallarla rastlaşmasınlar”.

Ekspert bu məsələdə günahı daha çox valideynlərdə görür:

“Ona görə ki, əksər valideynlərdə belə bir düşüncə var ki, hansı universitet olur-olsun, təki övladları kənarda qalmasın, qəbul olsun. Qəbul olandan sonra isə bu və digər problemlər ortaya çıxır. Problemsə əsasən reyrinqi aşağı olan universitetlərdə olur. Aparıcı universitetlər inanmıram ki, bu cür müqavilə şərtləri irəli sürsün”.  

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar