Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yumruğu dəmir müəllimlər

Tarix: 05-10-2023 12:29     Baxış: 2512 A- / A+
 “Mənim ən yaxşı dostlarım kitablardır”. 
Yəqin ki, bir çoxları, eyni zamanda mütaliəni o qədər də sevməyən hər kəs bu fikrin absurd olduğunu düşünəcək. Lakin bilənlər bilir ki, həqiqətən də kitablar ən yaxşı dostlardır. İllər ötdükcə bunu daha yaxşı anlayır insan. Hansı kitabdan nəyi öyrənmişəm mövzusunda yazmağa başlasam, bunu bir məqaləyə sığdırmaq olmaz. Lakin əmin olduğum budur ki, kitablar mənim düşüncələrimi, düşüncələrim isə həyatımı dəyişib. 
 
Əvvəllər bədii, sonralar isə elmi kitabları oxumağı sevərdim, bu gün isə uşaq tərbiyəsi və uşaq inkişafı ilə bağlı kitablar oxumağı sevirəm. Axı yalnız onlar atacağımız addımların doğru olmasında bizə yardımçı ola bilirlər. Hə “ən yaxşı dost” dedim axı, illər ötdükcə o dost da səninlə böyüyür. Böyüyən dostların içərisində birdən balaca dostlar yenidən səninlə görüşür, bu o, balaca dostlardır ki, onlar artıq övladlarımızın kitablarıdır. Üstəlik o balaca dostların müəllifi elə övladların müəllimi olanda, bu daha da gözəl olur. Bizim Aygün müəllimimiz kimi.
 
Aygün Yaşar bizim müəllimimizdir, daha doğru əkizlərimin müəllimidir. Bağçaya ilk addımlarını Aygün müəllim ilə atdı övladlarım, onunla sevdilər bağçanı, ilk onun qucağına qaçdılar. Sevginin, mərhəmətin, diqqətin özüdür Aygün xanım. O, 1991-ci ildən 159 nömrəli bağçanın tərbiyəçi-müəllimidir. Təsəvvür edirsiniz 33 il... Nə qədər uşağa analıq, ilk müəllimlik edib o. Hər kəs müəllim ola bilmir, lakin Aygün xanım sözün əsl mənasında müəllimdir, qucağı sevgi dolu, həssas, elmli müəllim. Aygün müəllim, 2007-ci ildə “İlin ən yaxşı tərbiyəçisi” adına layiq görülüb. Qəzet və jurnallarda şeirləri dərc olunan Aygün xanımın çox yaxşı uşaq şeirləri vardır. Onun “Vətənim” adlı ilk kitabı uşaqlar üçündür, “Dəmir yumruq” kitabı isə Siz valideynlər üçün yazmışam, –  deyir. Bu bir həqiqətdir ki, bizim sosiumda daha çox da valideynlərin maariflənməsinə ehtiyac vardır. 
 
Aygün müəllim ordumuzu –
 
Sayəsində körpələr
Mışıl-mışıl mürgülər.
Xalqa hüzur bəxş edər,
Rəşadətli, müzəffər
Azərbaycan ordusu!

 
Vətənimizi –
 
Qorxu bilməz gənclərim;
Çingizim, mübarizim,
Hansını mən söyləyim?!
Yazsam olar dəftərim,
Budur mənim Vətənim!

 
Uşaqlıq duyğusunu, fəsillərin gözəlliyini – 
 
Qar yağır çiçək-çiçək,
Hər yana vurmuş bəzək.
Qardan bəyaz don geymiş
Təbiət nə gözəlmiş!
           ...sevdirir uşaqlarımıza.
 
Yumruğu dəmir kimi möhkəm edən də müəllimlərdir. O, “Yeddi nar çubuğu”ndakı kimi, əgər müəllim şagirdlərini bir yumruq ətrafına birləşdirə bilməsə, sonrakı “Dəmir yumruq”lar da möhkəm olmayacaq. 
 
Bu gün müəllimlər günüdür. Uşaqlara kitabları dost edən müəllimlər, işini mərhəmət və sevgiylə görən müəllimlər, gününüz mübarək, xətriniz əziz olsun. Tək bu gün deyil, ilin bütün günlərində diqqətdə olasınız. 
 
Bağçamızın əziz müəllimləri Aygün müəllim, Həyat müəllim, Sevinc müəllim, Rəna müəllim,  əziz dayələrimiz Kifayət xanım və Ulduz xanıma təşəkkür edirik. 
 
Bütün müəllimləri Aygün müəllimimizin şeiri ilə təbrik edirik:
 
Bilmirəm mən səni kimə bənzədim,
Bənzərin heç yerdə yoxdur, müəllim!
Haqqında danışsam, bitməz sözlərim,
Ən uca zirvədir yerin, müəllim!

 
05 oktyabr 2023-cü il
Bir müəllim günündən

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar