Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Müəllimlərə hər hansı bir formada hədiyyələrin verilməsi yolverilməzdir" - Nazirlikdən müraciət

Tarix: 03-10-2023 18:25     Baxış: 4348 A- / A+

"Müəllimlərə hər hansı formada hədiyyələrin verilməsi və ya vəsait toplanması yolverilməzdir".

Manevr.az
 xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilib.

Elm və Təhsil Nazirliyi, həmçinin qarşıdan gələn 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərimizi təbrik edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb.

"Valideynlərə müraciət edərək bildiririk ki, təhsil ictimaiyyətinin başlatdığı #MənimMüəllimim çağırışına qoşularaq müəllimlərə xoş söz, təbrik mesajlarının çatdırılması onlar üçün ən böyük hədiyyədir.

Elm və Təhsil Nazirliyi olaraq bildiririk ki, Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada hədiyyələrin verilməsi və ya vəsait toplanması yolverilməzdir.

Bu kimi hallarla rastlaşdıqda nazirliyin "Qaynar xətt” xidmətinə (146) anonim olmadan məlumat verməyinizi xahiş edirik. Bununla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələrinə tapşırıqlar verilib. Məsələ ilə bağlı müvafiq monitorinqlər aparılacaq", - nazirlikdən qeyd edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar