Xəbər lenti
Kolleclərin boş yerlərinə ixtisas seçimi aparılır

Manevr.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, sentyabrın 30-u günorta saatlarına 520 nəfər elektron ərizəsini təsdiqlədib. Onlardan 515-i Azərbaycan bölməsi, 5-i rus bölməsi üzrədir.
İxtisas seçimi oktyabrın 2-si saat 23:59-dək internet vasitəsilə aparılır.
Kolleclərin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılır.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahan¬larından “məqbul” alan abituriyentlər buraxılırlar. Rəqs müəllimliyi ixtisasının müsabiqəsində isə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.
İxtisas seçmək hüququ olan abituriyent 20-dək ixtisas kodunu qeyd edə bilər.
Kolleclərin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar