Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xaricdə təhsil alanlar imtahan verəcək

Tarix: 29-09-2023 15:15     Baxış: 3297 A- / A+

Xaricdə təhsil alanlar imtahan verəcək


Dövlət İmtahan Mərkəzi 1 oktyabr 2023-cü il tarixində xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirəcək.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Ərizəçilər ixtisasları üzrə proqramla müvafiq linklərə (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) keçid etməklə tanış ola bilərlər.
İmtahan 1 oktyabr 2023-cü il tarixində DIM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (8 Noyabr metrostansiyasının yanı) kompüter vasitəsilə keçiriləcək. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb. İmtahan saat 10:00-da başlanır.
Ərizəçi imtahanın başlanmasından ən az 1 saat öncə imtahan binasına gəlməlidir. İmtahan binasına daxil olarkən ərizəçi şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir. Ərizəçi tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda ərizəçiyə imtahanın nəticələrinə dair arayış təqdim olunacaq.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2-4 oktyabr 2023-cü il tarixlərində saat 14:00-dan 17:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yaza bilərlər. Apellyasiya müraciətləri 4-6 oktyabr 2023-cü il tarixində telefon və ya elektron poçt vasitəsilə cavablandırılacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar