Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rezidenturanın boş yerlərinə ixtisas seçimi elan edildi

Tarix: 08-09-2023 13:11     Baxış: 3206 A- / A+
Rezidenturanın boş yerlərinə ixtisas seçimi elan edildi
Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin əsas yerləşdirmə zamanı hər hansı ixtisasa qəbul ola bilməyən namizədlərə müraciət edib.
 
DİM-dən  verilən xəbərə görə, 8 sentyabr 2023-cü il saat 13:00-dan 11 sentyabr 2023-cü il saat 23:59-dək rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilib.
 
Qeyd edək ki, 2023/2024-cü tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 581 (Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuş plan yerləri istisna olmaqla) yerdən ibarət olub.
 
Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 19 nəfər müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).
 
Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı №1, 2023, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.

Müsabiqədə iştirak etmək istəyən namizədlər //eservices.dim.gov.az/erizerez/ixtisas2/ ünvanından ixtisas seçimi edə bilərlər.
 
Aşağıda boş qalan plan yerləri təqdim olunur.
 
2023/2024-cü TӘDRİS İLİ ÜÇÜN REZİDENTURANIN BOŞ QALAN YERLӘRİNƏ QƏBUL APARIILAN İXTİSASLAR
Azərbaycan Tibb Universiteti
311236Psixiatriya1 
311252Daxili xəstəliklər1 
311528Restorativ stomatologiya1 
311593Epidemiologiya1 
*311625Tibbi mikrobiologiya1 
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
313123Ümumi cərrahiyyə1 
313229Daxili xəstəliklər1 
313294Ailə təbabəti1 
313367Epidemiologiya1 
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi
318113Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza1 
Respublika Narkoloji Mərkəzi
332118Narkologiya1 
Naxçıvan Dövlət Universiteti
361157Travmatologiya- ortopediya1 
361254Nevrologiya (Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi üçün)1 
361262Kardiologiya1 
361295Fizioterapiya və tibbi bərpa1 
361319Ftiziatriya1 
361327Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza1 
361335Pediatriya1 
361384Endodontiya1 
361432Uşaq stomatologiyası1 
361457Gigiyena1 
361473Epidemiologiya2 
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı
365118Anesteziologiya- reanimatologiya1 
 
QEYD 1. * - işarəsi qoyulmuş ixtisaslara müsabiqə “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə (bax: “Rezidentura” jurnalı №3, 2023, səh.4-7) müvafiq olaraq aparılır.
 
QEYD 2. Digər ixtisaslar üzrə plan yerləri tam dolmuşdur.
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar