Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bu müəllimlər işdən çıxarılır

Tarix: 04-09-2023 10:56     Baxış: 3342 A- / A+

Xəbər verdiyimiz kimi, 29 avqust tarixində ötən il keçid balını toplaya bilməyən ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı keçirlib. İmtahanda iştirak edən 1939 müəllimdən 1334 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsinə keçib. 605 nəfər müvafiq keçid balını (30 bal) toplaya bilməyib. Eyni zamanda, 138 müəllim də sertifikatlaşdırma imtahana gəlməyib.
Beləliklə də 743 müəllim sertifikatlaşdırmadan keçməmiş hesab olunub.
Manevr.az xəbər verir ki, Elm və Təhsil Nazirliyində Sertifikatlaşdırma Şurasının iclası keçirilib və sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərin məsələsi müzakirə olunub.
“Sertifikatlaşdırma qaydalarına uyğun olaraq, təkrar imtahandan keçməyən müəllimlərlə bağlı əmək qanunvericiliyinin tələblərinə müvafiq addımlar atılacaq”, - Nazirlik bildirib.
Söhbət sözügedən müəllimlərlə bağlanmış əmək müqaviləsinə son verilməsindən gedir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq təkrar sertifikatlaşdırmadan keçməyən işçilərin əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar