Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

MİQ-dən apellyasiya şikayəti verən müəllimlərə vacib xəbər

Tarix: 30-08-2023 17:54     Baxış: 3155 A- / A+
MİQ-dən apellyasiya şikayəti verən müəllimlərə vacib XƏBƏR


Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin apellyasiya müsahibələri 4-5 sentyabr tarixlərində onlayn formatda "Microsoft Teams" platforması üzərindən təşkil olunacaq.

Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, apellyasiya şikayəti verənlər üçün müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunacaq tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

Elm və Təhsil Nazirliyinin məlumatına görə, dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi 9-18 avqust tarixlərində təşkil olunub. Müsahibələrə ümumilikdə 5660 namizəd dəvət olunsa da, onlardan 4300 namizəd uğur qazanıb.

Müsahibə mərhələsində uğur qazanmayan namizədlər 26 avqust saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərdilər. Apellyasiya müraciətlərinin qəbulu 28 avqust saat 11:00-da başa çatıb.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi bu il dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə ümumilikdə 8 mindən çox vakant yer çıxarmışdı. Müsabiqənin test imtahanı mərhələsində ümumilikdə 58000-ə yaxın namizəd iştirak etmişdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar