Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Məktəbəqədər təhsil - Əvvəlki illərlə müqayisədə nələr dəyişib?

Tarix: 27-08-2023 11:31     Baxış: 3252 A- / A+



Yeni tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə elektron ərizə qəbulu davam edir. Ərizələrin onlayn qeydiyyatına 25 iyul tarixindən, uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə regional təhsil idarələri üzrə 1 avqust tarixindən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe müəssisələrdə isə 8 avqust tarixindən başlanılıb.
Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu bq.edu.az portalı vasitəsilə həyata keçirilir. Proses sentyabrın 1-də qrupların komplektləşdirilməsi səbəbilə müvəqqəti dayandırılacaq. Qrupların komplektləşdirilməsi prosesi bitdikdən sonra elektron qəbul sistemi yenidən aktiv olacaq və ilboyu boş yerlərə qəbul aparılacaq. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbəqədər təhsil müəsisəsinə təqdimolunma müddəti uşağın sorğusu qəbul edildikdən sonra 15 gün ərzində həyata keçirilir. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçirilir. Sistem göstərilən müddət ərzində prioriteti olan uşaqların növbələrini sorğuya çevirir. Növbəti mərhələdə boş qalan yerlərə prioritetsiz uşaqların yerləşdirilməsi təmin edilir. Məktəbəqədər təhsil müəssisələrində onlayn qeydiyyat zamanı aşağıda göstərilən kateqoriyadan olan uşaqların qəbulu üzrə üstünlük hüquqları təmin olunur:

- şəhid ailələrinin uşaqları;

-Qarabağ və Vətən müharibəsi iştirakçılarının, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- tək işləyən valideynlərin uşaqları;

- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- hərbi xidmətdə olan valideynlərin uşaqları;

- təhsil alan anaların uşaqları;

- çoxuşaqlı ailələrdən olan uşaqlar;

- qəyyumluqda olan uşaqlar.

Növbə yaradılan zaman valideyn maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçərək növbəyə yazıla bilər. Növbələrdən hər hansı biri sistem tərəfindən təsdiqlənərək sorğuya çevrilərsə, uşağın digər məktəbəqədər təhsil müəssisələrinə olan növbələri silinəcək.
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi deyib ki,  valideynlərin yaşadıqları ərazi üzrə ən yaxın məktəbəqədər təhsil müəssisələrinə üz tutmaları daha məqsədəuyğundur: “Dövlət başçısının müvafiq sərəncamı əsasında bağçalar 2021-ci ildən Elm və Təhsil Nazirliyinin balansına verilib. 2022-ci yanvar ayından artıq nazirlik bu istiqamətdə işlər görür. Elektron qaydada qəbul həyata keçirir, əvvəl bu qayda yox idi, körtəbi şəkildə aparılırdı. Hazırda məktəbəqədər hazırlıq müəssisələrində rəhbərlərinin işə qəbul imtahanları keçirilir. Əvvəl kim harda gəldi qəbul aparırdısa, artıq bu vahid sistem əsasında həyata keçirilir. Eyni zamanda həmin təhsil pilləsində çalışan tərbiyəçi müəllimlər də mərkəzləşmiş qaydada imtahan əsasında işə qəbul olunacaqlar. Burada artıq müəyyən bir inkişaf var. Bu da əvvəl gördüyümüz neqativ halların müəyyən qədər qarşısını alacaq. Məktbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu zamanı əsas tələblərə gəlincə, bu mərhələdə konkret olaraq əsas tələblərdən biri yaşadığı ərazi üzrə bağçaların seçilməsidir. Uşaq mütləq olaraq ərazi üzrə yaşamalıdır. Özü ərazidə yaşamırsa, hər hansı bir qohumu orda yaşamlıdır və yaxud da ailə üzvlərdindən birinin bacı-qardaşı orada təhsil almalıdır. Müəyyən kriteriyalar var ki, onlar ödənildiyi halda həmin bağçalara seçim etmək imkanı verilir”.
Məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov vurğulayıb ki, məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafı, psixoloji dayanıqlılığı, estetik tərbiyəsi, sadə əmək vərdişlərinə yiyələnməsi, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibəti, zəruri həyati bacarıqlara yiyələnməsi və şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur: “Hər şeydən əvvəl onu xatırlatmaq yerinə düşər ki, “Təhsil haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat), evdə təhsil və fərdi təhsil, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş digər təhsilalma formaları ilə yanaşı, məktəbəqədər təhsil, ibtidai təhsil,ümumi orta təhsil, tam orta təhsil pillələri və səviyyələri də müəyyən olunub. Sonralar dünya təcrübəsi nəzərə alınaraq, təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacib sayıldı. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafının dövlət siyasətində əhəmiyyəti nəzərə alınaraq, məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və bacarıqları, davranış qaydalarını aşılayan təhsil standartlarının və yeni kurikulumların hazırlanması nəzərdə tutuldu. “Strategiya”da məktəbəqədər təhsillə yanaşı, məktəbə hazırlıq təhsilinin icbariliyinin də təmin olunması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması vəzifəsi irəli sürülüb”.
Ekspert qeyd edib ki, son illərdə Bakı şəhərində yeni məktəbəqədər təhsil müəssisələrinin inşası və ya əsaslı təmiri istiqamətində atılan addımlar nəticəsində məktəbəqədər təhsillə əhatə səviyyəsi artaraq 27 faizə çatıb, amma bu sahədə həllini gözləyən problemlər qalmaqdadır: “Ölkənin yaşayış məntəqələrinin 75 faizində məktəbəqədər təhsil müəssisəsi yoxdur. Strategiyanın qəbul edilməsindən sonra da xeyli sayda uşaq bağçası tikilməsinə baxmayaraq, bu defisit hələ də qalmaqdadır. Hələ 90-cı illərdə özəl sektoru inkişaf etdirmək məqsədilə 300-ə qədər bağça özəlləşdirməyə çıxarıldı, ancaq bunların böyük əksəriyyəti istiqaməti üzrə işləmədi. Belə ki, həmin bağçaların müəyyən hissəsi söküldü. Məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin balansından çıxarılaraq, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməklə təhsildə fasiləsizlik, varislik, ardıcıllıq prinsipi pozuldu. Nəhayət 2021-ci ildə Prezident İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzaladı. Sərəncam dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə imzalanıb. Bu sərəncama əsasən, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Nazirlik artıq bu istiqamətdə qanunvericiliyə uyğun müəyyən işlərə, o cümlədən uyğunsusluqların özə çıxarılması üzrə fəaliyyətə başlayıb. Ümid etmək olar ki, bu sahədə irəliləyiş davamlı və dayanıqlı olacaq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar