Xəbər lenti
Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək
Dekabrın 15-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin növbəti XVI qurultayı keçiriləcək.
Manevr.az xəbər verir ki, qurultayda dövlət rəsmiləri və hökumət nümayəndələri, deputat, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri, təhsil işçiləri və digər qonaqlar iştirak edəcəklər.
Qurultayda ümumilikdə 1700-ə yaxın nümayəndənin iştirakı nəzərdə tutulub.
Qurultayın keçirilməsinin əsas məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin tarixi Sərəncamı ilə təsdiq edilmiş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş əhəmiyyətli nailiyyətlər, eləcə də 2018-ci ilin noyabrında keçirilmiş Azərbaycan müəllimlərinin XV qurultayından sonrakı müddət ərzində təhsil sistemində həyata keçirilmiş tədbirlər və islahatlar barədə Azərbaycan ictimaiyyətini məlumatlandırmaqdır. Bu mühüm tədbir həmçinin Azərbaycan Prezidentinin sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində təhsil sistemi qarşısında duran vəzifələri müəyyənləşdirəcək.
Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil edilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar