Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ana bağça rəhbərliyindən 15 min pul istəyib? - AÇIQLAMA

Tarix: 11-08-2023 19:34     Baxış: 4237 A- / A+
Bakıda yerləşən 339 saylı bağçada azyaşlı gözdən yayınaraq küçəyə çıxıb.
Manevr.az xəbər verir ki, uşaq tezliklə tapılaraq bağça rəhbərliyi tərəfindən valideynə məlumat verilib. Tərbiyəçi-müəllim haqqında tənbeh tədbiri görülüb, nəzarət tədbirləri artırılıb.
Hadisədən sonra sosial şəbəkələrdə uşağın anası Jalə Abdulovanın səs yazısı yayılıb. İddiaya əsasən, qadın bağça rəhbərliyindən pul istəyib.
Belə ki, yayılan məlumata görə, baş verənlərdən xəbər tutan valideyn bağça rəhbərliyini məsələni ictimailəşdirəcəyi ilə hədələyərək 15 000 manat pul tələb edib. O, bunu övladını özəl bağçaya qoymaq istəməsi ilə əlaqələndirib.
Məsələ ilə bağlı ana ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında övladının yarım saat çöldə nəzarətsiz qaldığını bildirib: “Mən 5-ə qalmış gəlib bağçaya çatmışam. Lakin uşaq 5-ə 25-dəqiqə işləmiş bağçadan çıxıb. 4 yaşlı övladım təxminən yarım saat çöldə nəzarətsiz qalıb. Bağçanın videokamerasına düşən görüntülər də var. Müəllimlər həyətdə oturublar, uşaq isə çöldə dəfələrlə yolu keçir. Mən onlardan pul istəməmişəm, demişəm ki, burada davam edə bilmərik. Onlara bildirdim ki, gedin özəl bağça ilə danışın və övladımı ora yerləşdirin. Dəfələrlə də dedim ki, mənə pul lazım deyil. Rüsum nədirsə bağçaya ödəsinlər”.qafqazinfo

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar