Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Professor Rafiq Əliyevin adına təqaüd təsis edildi

Tarix: 11-08-2023 15:38     Baxış: 3638 A- / A+

“Təhsilim və peşəkar həyatım boyunca çox önəmli elm adamları ilə tanış olub söhbət etmək şansı əldə etmişəm. Lakin bu yaxınlarda uşaqlıqdan bəri adını həmişə eşitdiyim, həsəd apardığım professor, Lütfi Zadə elmi irsi və qeyri-səlis məntiq nəzəriyyəsinin əvəzolunmazı Rafiq Əliyevlə tanışlıq məndə həyatım boyunca unuda bilməyəcəyim iz qoydu” – deyən Profity Academy-nin rəhbəri Vüsal Sültanlı bildirdi ki, onun təşəbbüsü ilə dünya çapında tanınmış alim, qeyri-səlis məntiq üzrə böyük mütəxəssis, professor Rafiq Əliyevin adına təqaüd təsis ediləcək. Bu təşəbbüslə əlaqədar alimlə görüşən V.Sultanlı öz təəssüratlarını bu cür bölüşüb:
 “Professor Rafiq Əliyevin adına Elm və Texnologiya təqaüdü”nün icazəsini almaq üçün görüşürdüm. Otağına girmədən öncə assistenti və tələbəsi Nigar xanımla tanışlıq belə artıq mənə 5 dəqiqə sonra necə böyük bir şəxsiyyətin qarşısına çıxacağım barəsində müəyyən dərəcədə hisslər ötürə bilmişdi.
Otağına girər-girməz hər tərəfin qalaq-qalaq kağızlar və kitablardan ibarət olması artıq bir alimin bir gəncə ötürə biləcəyi böyük bir mirasın incə göstəricisi idi. Sanki hər tərəfdən fuzzylogic axırdı. Təxminən 35 dəqiqə çəkən görüşümüzdə Rafiq müəllim mənə Lütfi Zadə, Əhməd Ağaoğlu, Hüseyn Cavid, Ramiz Rövşən və s. bir neçə dahi şəxs haqqında heç vaxt eşitmədiyim məlumatlar qazandırdı.
İlk qənaətim o oldu ki, görəsən biz, nə qədər böyük bir dahiyə sahib olduğumuzun yetərincə fərqindəyikmi?
Ümid edirəm, Lütfi Zadə və Rafiq Əliyevin ən böyük parçası olduğu artificialintelligence və  softcomputing elmi irsi üçün təsis edəcəyimiz təqaüd gənclərə təhsili əlçatan etmək yolunda az da olsa dəstək ola biləcək”.
Professor R.Əliyev də öz növbəsində bu təşəbbüsü müsbət qarşılayıb və təşkilatçılara öz təşəkkürünü bildirib. Təqaüd proqramının detalları barədə ətraflı məlumat veriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar