Xəbər lenti
III qrupda dövlət sifarişli yerlərin sayı azaldılıb
Manevr.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib.
O bildirib ki, III qrupda 150 baldan yuxarı nəticə toplamış abituriyentlər bir sıra ixtisasları seçə bilərlər: “Bunlar Muzey, Arxiv işi, Abidələrin qorunması, Sosial İş, Regionşünaslıq (regionlar üzrə) ixtisaslarıdır”.
Məleykə Abbaszadə deyib ki, bu yerlərin ümumi sayı 2895-dir: “Bildiyiniz kimi beynəlxalq fənn olimpiyadalarının qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunur, lakin II və III qrupda belə şəxslər yoxdur. Buna baxmayaraq respublika fənn olimpiyadalarının qalibləri olan 13 nəfər ixtisas seçə bilərlər. Tarix üzrə 10, Azərbaycan dili üzrə 3 nəfər qalib bizə müraciət etmişdi, lakin sonra onlardan biri imtina etdi. Artıq həmin şəxslərin seçdikləri ixtisaslar bəllidir. 11 nəfər III, 1 nəfər isə II qrup üzrə ixtisas seçib. 5 nəfər tarix müəllimliyini (4-ü BDU, 1-i Xəzər), 3 nəfər Dövlət İdarəçilik Akademiyasının politologiya ixtisasını, 3 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimliyini (2 nəfər BDU, 1 nəfər NDU), 1 nəfər isə Azərbaycan Dövlət Pedaqoji Universitetin Şəki filialının Azərbaycan dili və ədəbiyyat müəllimliyini seçib".
DİM sədri onu da vurğulayıb ki, III qrupda DT altqrupu üzrə 200 baldan yuxarı nəticə göstərənlərin sayı 14635 nəfərdir, ümumi plan yerləri 14 292-dir: "Onlardan dövlət sifarişli yerlər 4045, III qrupda 430 baldan yuxarı nəticə toplayanlar isə 4366 nəfərdir. Deməli III qrupun DT altqrupunda dövlət sifarişli yerləri əsasən 430 baldan yuxarı şəxslər seçə bilər".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar