Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar!?

Tarix: 03-08-2023 15:19     Baxış: 3241 A- / A+

Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar!?


Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı növbəti imtahanın vaxtı açıqlanıb. Bildirilib ki, avqustun 29-da ötənilki sertifikatlaşdırma prosesində ibtidai sinif üzrə uğur qazanmayan təhsilverənlər, avqustun 31-də isə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı 3 il olan təhsilverənlər, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan təhsilverənlər test imtahanı mərhələsinə cəlb olunacaqlar.
Bu arada isə, Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununa əsasən Əmək məcəlləsinə ayrıca olaraq “Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. (20-1.5.) və Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.” (20-1.6.) maddələri salınmışdır.
“Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar” maddəsi konkret olaraq neçə başa düşülməlidir? Həmin müəllimlər dərhal işdən azad olunur yoxsa...?
Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununda edilən bir sıra dəyişikliklər müəyən zərurətdən irəli gəlsə də, bəzi dəyişikliklər heç də hamı tərəfindən birmənalı qarşılanmayıb və bir çoxlarında müəyyən mücərədlik yaradıb.
Bu sözləri Qanununda edilən dəyişikliklərlə bağlı TehsilForumu.Az-ın bu sualına və Qanuna əsasən Əmək Məcəlləsinə edilən digər dəyişikliklərə münasibət bildirərkən təhsil mütəxəssisi Nadir İsrafilov deyb.
Ekspert xat;rladıb ki, hələ 1999-cu ildə Dövlət islahat komissiyası tərəfindən hazırlamış və Prezident sərəncamı ilə təsdiq olunmuş“Təhsil sahəsində islahat Proqramı”nda . pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, əmək haqqının ödənilməsinə diferensial yanaşmanın tətbiqinə lazımi diqqət yetirilməməsi xüsusi olaraq vurğulanmış, bu məqsədlə də rəhbər və pedaqoji kadrların attestasiyasının 2004-cü ilə qədər başa çatdırılması nəzərdə tutulmuşdu.
Lakin 2018-ci ildə “Təhsil haqqında” qanuna “sertifikatlaşdırma”nın keçirilməsi ilə bağlı edilmiş dəyişiklikdən sonra attestasiya sertifikasiya ilə əvəz olundu. Əmək Məcəlləsinin 66-cı (attestasiya olunmayan işçilər) maddəsinə əlavə edilən yeni bəndə əsasən, dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlər attestasiya olunmayacaq. Sənədə təklif edilən yeni dəyişikliyə görə müəllimlər sertifikasiyadan keçiriləcək. Yeni dəyişikliyə görə, ölkəmizdə dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq.
Bu mənada attestasiyanın sertifikasiya ilə əvəz olunması ilə əlaqədar qanuna “attestasiyası” sözündən sonra “(sertifikatlaşdırılması)” sözü və “attestasiyanı” sözündən sonra “(sertifikatlaşdırılmanı)” sözünün,“attestasiyadan” sözündən sonra (sertifikatlaşdırmadan keçən işçilər istisna olmaqla)” sözlərinin, “attestasiyadan” sözü “sertifikatlaşdırmadan” sözü ilə əvəz edilsin kimi maddələrin salınması gözlənilən idi
Eyni zamanda məktəbəqədər təhsil müəssisələrində çalışan işçilərin maddi cəhətdən stimullaşdırılması və peşəkar inkişafına əsaslı təsir göstərəcəyi nəzərə alınaraq məktəbəqədər təhsil müəssisələri işçilərinin də sertifikatlaşdırmadan keçməsi ilə bağlı məsələ ilk dəfə olaraq təhsil qanunvericiliyində öz əksini tapıb. Əlavə olaraq, yaşı 60 və daha yuxarı olan müəllimlərin sertifikatlaşdırmada könüllülü iştirakı nəzərdə tutulub ki, bu da bu kateqoriyadan olan müəllimlərə özünü qiymətləndirmək və əməkhaqqı artımından yararlanmaq imkanı verir.
Bununla belə, 1.2.2. 3-cü hissədə “beş” sözünün “üç” sözü ilə əvəz edilməsi, yəni işə ilk dəfə qəbul olunan təhsilverənlərin sertifikatlaşdırmadan keçmə hüququnun yaranması müddətinin 5 ildən 3 ilə endirilməsi, 3-1. hissədə “60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü”olması barədə dəyişikliklər bir qədər mübahisə obyekti ola bilərdi ki, buna da yaş həddinə görə fərq qoyulmasının düzgün olmaması ilə bağlı sosial mediada dərhal reaksiya verilib: “Azərbaycan Respublikasında əmək münasibətləri əməık qanunvericiliyi ilə ölçülür. Əmək Məcəlləsinin 16-cl maddəsində göstərilir ki, cinsinə, yaşına, sosial mənsubiyyətinə, dininə görə işçilər arasında ayı-seçkilik salmaq olmaz.” Bir də ki, 60 və daha yuxarı yaşda olan şəxslərdən kimlərinsə könüllü olaraq sertifikatlaşdırma imtahanına girib özünə əlavə problem yaratması o qədər də real görünmür.
O ki, qaldı Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. (20-1.6.) “Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir” maddələrinə, bunların izahı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda daha konkret şəkildə verilib. Qaydaların yekun müddəalarına əsasən: Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. (5.2.)
Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.(5.3)
Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.( 5.4.)
İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi isə məlum olduğu kimi peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsini nəzərdə tutulur.
İstənilən halda avqust ayının sonunu gözləmək lazım gələcək. Hələ ki, istər cəmiyyətdə maraqlı tərəflər, istərsə də rəsmilər tərəfindən sözügedən məsaləyə ikili münasibət sərgilənməkdədir. Elə, Nazirin  də məsələnin konkret həlli ilə bağlı son açıqlamaları da müəyyən dərəcədə tərəddüd xarakteri daşıyır: “Sertifiktlaşdırmanın mahiyyəti kimlərisə işdən azad etmək deyil, təhsilverənlərin bilik və bacarıqlarını ölçmək, təlim ehtiyaclarını öyrənmək və növbəti strategiyaları müəyyən etməkdir” ; "Savadsız adamın məktəbdə işi yoxdur, onların məsələsinə sonra baxmaq olar. Ola bilər ki, sertifikasiyadan keçə bilməyən nüəllimlər qeyri-tədris sahəsində işləyə bilsinlər. Mənim bu məsələdə uşaqlara daha çox yazığım gəlir, nəinki həmin adamlara” ; "Sertifikasiya imtahanında zəif nəticə göstərən müəllimlər üçün təlimlər keçirilsə də, bəzi müəllimlər bu təlimlərə qoşulmurlar. Çalışırıq ki, sertifikasiyadan keçə bilməyən müəllimlər üçün təlimlər keçək və həmin müəllimləri də lazımi səviyyəyə qaldıra bilək. Lakin təəssüf ki elə müəllimlər var ki, təlimlərə də qoşulmurlar" ; “5 il sonunda sertifikasiyadan keçməyən müəllimlərlə bağlı nə edəcəyimizə gəlincə, bu adamları günahlandırmaq, sistemdən kənarda qoymaq düz deyil. Məqsəd bu adamların uşaqlara dərs deməməsidir, amma işsiz də qalmamasıdır. İndiki düşüncə məntiqimiz budur. Bunun öhdəsindən nə qədər gələ biləcəyimizi hesablayırıq. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar