Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gündən bağçalara qəbul başlayır

Tarix: 25-07-2023 11:12     Baxış: 4159 A- / A+
İyulun 25-də məktəbəqədər təhsil müəssisələrinə (bağça) uşaqların qəbulu başlayır.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, valideyn kabinetinin yaradılması üçün qəbul sisteminə giriş 25 iyul saat 15:00-da açılacaq.Qurumdan diqqətə çatdırılıb ki, valideyn daha öncə elektron kabinet yaradıbsa, yenidən elektron kabinet yaratmasına ehtiyac yoxdur. Elektron kabinetə keçmiş login (nömrə və ya “e-mail”) və şifrə ilə daxil ola bilərsiniz.
Həmçinin bildirilib ki, 1 avqust saat 11:00-da regional təhsil idarələri, 8 avqust saat 11:00-da isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbə yaradılmasına start veriləcək.
Proses sentyabrın 1-dək davam edəcək.
Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq.
Elektron qəbul sistemi 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşdirmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.
Qeyd edək ki, qəbul sistemində ötən tədris ilində yaradılmış növbə və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə edilib. Həmin növbə və sorğular bu il üçün keçərli deyil.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar