Xəbər lenti
"Elm və Təhsil Nazirliyinin təhsildən anlayışı yoxdur" - Kamran Əsədov
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Sonxeber.az-a bildirib ki, Elm və Təhsil Nazirliyinin testologiyadan o qədər anlayışı yoxdur ki, çətin sualla yanlış sualı qarışdırır.
O qeyd edib ki, Elm və Təhsil Nazirliyi bir neçə sualın səhv olduğunu etiraf etsə də, sayı daha çox idi:
"Bu il keçirilən müəllimlərin işə qəbulu imtahanları son 3 ildə keçirilən növbəti bərbad imtahan idi. Ölkədə MİQ imtahanı 2009-cu ildən etibarən həyata keçirilir.2013-cü ildən MİQ-də yeni mərhələ baş verib, yəni daha şəffaf , vakant yerlərin sayı daha çox təmin olunmağa başlayıb. MİQ-ə İnsanlar arasındakı müsbət imic son 3 ildə pozulub. MİQ imtahanının şəffaflığı şübhə altındadır. Bu il problemli sualları 3 hissəyə bölürük : Birincisi təbii ki, çərçivəyə uyğun olmayan suallar idi. İkincisi səhv suallar, üçüncüsü redaktə xarakterli səhvlər idi. Çox təəssüf ki, suallar testologiya prinsiplərinə uyğun deyildi. MİQ imtahanı keçirən şəxslərin imtahan səriştələri və testologiyadan anlayışları yoxdur. Müəllimi hansı sualla seçmək lazım olduğunu bilmirlər. Hazırda təqdim edilmiş suallarla orta məktəbə lazım olan müəllimi seçə bilmərik. Suallarda elmi qüsurlar var idi və şəffaflıq gözlənilməmişdi. Əsas problem bu idi ki, sualı hazırlayanlar imtahandan öncə öz müdavimlərinə işlətmişdilər. Bu ilki MİQ imtahanları yaxşı müəllimi seçməyə imkan verməyib. Hətta özləri də güclə bir neçə sualın səhvliyini etiraf ediblər. Əslində, etiraf edilməli olan səhv sualların sayı daha çoxdur".
Ekspert vurğulayıb ki, MİQ Elm və Təhsil Nazirliyindən alınıb Dövlət İmtahan Mərkəzinə verilməlidir:
"Hesab edirəm ki, MİQ Elm və Təhsil Nazirliyindən alınıb Dövlət İmtahan Mərkəzinə verilməlidir. Çünki Təhsil Nazirliyinin keçirdiyi bütün imtahanlar qüsurludur və heç bir standartlara cavab vermir. DİM-in testologiyada kifayət qədər təcrübəli mütəxəssisləri var. Onlar ali təhsil müəssisələrinə, kolleclərə, Prokurorluğa qəbul imtahanı təşkil edirlər. Elm və Təhsil Nazirliyinin testologiyadan o qədər anlayışı yoxdur ki, çətin sualla yanlış sualı qarışdırır. İmtahanda saat yarım vaxt verilir və həcmi böyük sual salırlar. Sualın oxunması və cavablandırılması üçün sərf olunan vaxt itkisindən başqa bir şey deyil. Bütün dövlət qurumları imtahanını DİM-ə veriblər. Kifayət qədər şəffaf və əlçatandır. Elm və Təhsil Nazirliyi sualları cavablamağa saat yarım vaxt verib. İmtahandan sonra təhsildən xəbərsiz Elm və Təhsil Nazirliyi sualların izahını verib və sualları görmüş öz müəllimləri 2 saata izah ede bilmədi. İzah etdiklərinin yarısını səhv izah etdi. Bu, onu göstərir ki, Elm və Təhsil Nazirliyinin təhsildən anlayışı yoxdur".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar