Xəbər lenti
Direktor olmaq istəyənlər imtahan verdi
Dövlət İmtahan Mərkəzi (DİM) və Mədəniyyət Nazirliyi tərəfindən iyulun 16-da uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilib.Manevr.az bildirir ki, bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 5 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün 1134 namizəd qeydiyyatdan keçmişdi. İmtahanının keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 106 nəzarətçi müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.
Direktor və direktor müavinlərinin imtahanında namizədlərə 100, müəllimlərin imtahanında isə 70 test tapşırığı təqdim olunur. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar ümumi nəticəyə təsir göstərmir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































