Bu gündən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlayıb.
Manevr.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məliumat verilib.
Bildirilib ki, 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi iyulun 13-dək aparılacaq.
İxtisaslaşma seçiminə magistraturaya 19 fevral və 11 iyun 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.
Həmin bakalavrlar 2023-cü il iyulun 6-dan iyulun 13-dək (saat 23:59-dək) ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar. Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçə bilərlər.
İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçərək ""nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilən bütün ixtisaslaşmalar seçim cədvəlinə əsasən bakalavrın bitirdiyi ixtisasa görə seçmək hüququ olan bir və ya daha çox sayda qəbul proqramına aid ola bilər (qəbul aparılan ixtisaslaşmalar və həmin ixtisaslaşmalara ayrılan yerlərin proqramlar üzrə siyahısı “Magistr” jurnalının 4-cü nömrəsində təqdim olunub).
"Magistr" jurnalının 4-cü nömrəsini "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq mümkündür.
Müsabiqəyə yalnız “”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.
İxtisaslaşma seçimi elanının tam mətni ilə tanış ola bilərsiniz.
Qeyd edək ki, SABAH qrupları üzrə ixtisaslaşmaları 3 – 10 iyul tarixlərində müvafiq ali təhsil müəssisəsi tərəfindən yaradılmış müsahibə komissiyasından uğurla keçmiş bakalavrlar seçə bilərlər. Müsahibədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet səhifəsində tələbələrin aparılır.
Xəbər lenti
Bu gündən magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlayır

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































