Xəbər lenti
Deputat Müşiq Məmmədli Azərbaycan Dillər Universitetində keçirilən “Məzun günü”ndə iştirak edib

Azərbaycan Dillər Universitetində (ADU) 2022/2023-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirilib.
Deputat Müşiq Məmmədlinin Manevr.az-a verdiyi məlumata görə, tədbirdə Milli Məclisin üzvləri, universitetin professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri, müxtəlif dövlət qurumlarının əməkdaşları, səfirlər və diplomatlar iştirak edib.
“Məzun günü” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra “Gaudeamus” tələbə himni səslənib.
ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqlara universitetdə tədris edilən ixtisaslar və ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Bildirib ki, ADU-nun 6 min tələbəsi var. 2022-2023-cü tədris ilində universitetin 1500-ə yaxın tələbəsi məzun olur.
Qeyd olunub ki, Azərbaycan Dillər Universiteti “Müasir dillər” üzrə dünyada 1500 universitet arasında ən yaxşı 301 - 340 universitetlər qrupuna daxil olub. Bildirilib ki, bu uğurun memarları bütün ADU əməkdaşlarıdır.
"Biz də öz növbəmizdə ADU-nun qazandığı uğurlardan, bu ali təhsil ocağının genişlənən beynəlxalq əlaqələrindən danışıb, gənclərə gələcək həyatlarında uğurlar arzuladıq, təhsildə yüksək nəticələr göstərmiş tələbələrə diplom və fəxri fərmanlar təqdim etdik", - deyə Milli Məclisin üzvü M.Məmmədli bildirib.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar